Gəncə məktəblərinin qazı niyə kəsilir? - ÇƏKİŞMƏ

  • 27 dek 2018, 15:38

"Demokratik.Az"-a verilən məlumata görə, bir neçə gündür ki, Gəncə məktəblərinə qazın verilişinin Azəriqaz İB-nin yerli təşkilatı tərəfindən dayandırılmasına cəhdlər edilir. Artıq şəhərin 2, 16, 38, 20, 32 və 39 saylı məktəblərində qaz xətti müvəqqəti möhürlənib, lakin sonradan şəhər rəhbəri Niyazi Bayramovun və Gəncə TŞ-nin müdiri Zakir Hüseynovun operativ təpkisi ilə Azəriqaz geri çəkilməyə məcbur edilib. Dünən bir saatlıq qazı dayandırılan məktəblərə qazın tezliklə verilişi bərpa edilib.

Aldığımız ilkin məlumata görə, qışın oğlan çağında təhsil sisteminə qarşı hücuma keçən Gəncə Qaz istismar İdarəsi bunu ümumşəhər məktəbləri üzrə yaranmış 120 min manatlıq cari borcla əlaqələndirib.

Demokratik.Az-a sızan məlumata görə, yaranmış borcun ödənilməsi TN-in nəzdində fəaliyyət göstərən 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən həyata keçirilməlidir. Problem Azəriqaz İB-nin rəsmi müraciətlərinə baxmayaraq, mərkəzin sözügedən borc ödənişini həyata keçirməməsi üzündən baş qaldırıb.

Problemin tezliklə aradan qaldırılması istiqamətində qurumlar arasında danışıqlar gedir. 

Bəs, borc niyə ödənilməyib, ödənilməyibsə belə, ümumiyyətlə təhsil müəssisələrinə qazın verilişi dayandırıla bilərmi? 

Bu suallara cavab axtarmağa çalışacağıq.

Mövzu diqqətimizdədir

Demokratik.Az


 

Oxşar xəbərlər