Gəncə Det-Al Alüminium Kompleksində problem aradan qaldırıldı

  • 03 iyul 2018, 13:45

Enerji verilməsində yaranmış fasilə ilə əlaqədar Gəncə Det-Al Alüminium Kompleksinin fəaliyyətində baş vermiş problemlər, elektroliz vannalarının açılması halları operativ görülmüş tədbirlər nəticəsində aradan qaldırılıb.

Əmlak Məsələləri Dövlət Komitəsindən "Report”a verilən məlumata görə, hazırda Alüminium Kompleksi öz normal fəaliyyətini bərpa edib.

Alüminium Kompleksi enerji tutumlu olmaqla, fasiləsiz fəaliyyət göstərən, qeyri-neft ixracatında önəmli yer tutan, 1100-dən çox əmək kollektivi olan sənaye müəssisəsidir.

Oxşar xəbərlər