Gəncəli şair prezidentin ad gününə şeir yazdı
- 24 dek 2017, 11:34
Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Ad günüdür. Ölkə başçısının 56 yaşı tamam olur. Gəncədə yaşayıb - yaradan şair İlham Musaoğlu da bu münasibətlə prezidentin doğum gününə "Yaşa-yaşa, Azərbaycan"! adlı şeir yazaraq öz təbrikini ifadə edib.
"Demokratik.Az" saytı həmin şeiri oxuculara təqdim edir.
Yaşa-yaşa, Azərbaycan!
Ulu türkün butasısan
Qoca Şərqin qapısısan
Sən həqiqət carçısısan
Sınanmısan, zaman-zaman
Yaşa-yaşa, Azərbaycan!
Oğulların igid, cəsur
Necə qorxmaz, necə məğrur
Gör arxanda, kimlər durur
Biz hazırıq, hər gün, hər an
Yaşa-yaşa, Azərbaycan!
Şəhid qanı unudulmaz
Bu qan, heç vaxt, yerdə qalmaz
Vətən getsə, vətən olmaz
Eşqin, ruhun, daim cavan
Yaşa-yaşa, Azərbaycan!
Saf təbiət, buradadır
Hörmət-izzət buradadır
Haqq-ədalət buradadır
Yer üzündə var bir ünvan
Yaşa-yaşa, Azərbaycan!
Dörd bir yanın gül-çiçəkdir
Xoş günlərin mübarəkdir
Tarixin də bir örnəkdir
Səni görən, can deyir, can
Yaşa-yaşa, Azərbaycan!
Heydər qurdu bu dövləti
Birləşdirdi bu milləti
Xalqa verdi, tam sərvəti
Bunu bilir, bütün cahan
Yaşa-yaşa, Azərbaycan!
Övladların bəxtiyardır
Tanınan bir ölkən vardır
Prezidentin fədakardır
Başda İlham və Mehriban
Yaşa-yaşa, Azərbaycan
İlham Musaoğlu - Şair.
Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü,
Aşıqlar birliyinin üzvü, "Qızıl qələm” mükafatı laureatı, 2017-ci il Prezident mükafatçısı,
20 dekabr 2017-ci il, Gəncə.