İŞİD 3 günlük matəm elan etdi

  • 14 yan 2016, 18:26

İraq-Şam İslam Dövləti (İŞİD) son günlərdə verdiyi ağır itkilər səbəbindən yasa bürünüb.

"Vatan” qəzeti xəbər verir ki, İŞİD lideri Əbubəkr Bağdadi terror şəbəkəsinin Bervane bölgəsində ağır itkiyə məruz qalması səbəbindən 3 günlük matəm elan olunduğunu bəyan edib. 

Iraqın "Sumeriye” televiziyasının yaydığı məlumata görə, İŞİD-in Bervane ərazisində üzləşdiyi ağır məğlubiyyət şəbəkə daxilində böyük ruh düşkünlüyü yaradıb.

Qeyd olunur ki, İŞİD həmin bölgədə gedən döyüşlərdə 250 nəfərə yaxın itki verib və bölgədən vurulub çıxarılıb.