Demokratik TV
Xəbər lenti
Əmək pensiyalarının baza hissəsi artırıldı
- 16 yan 2016, 18:37
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə əmək pensiyalarının baza hissəsinin artırılması haqqında Sərəncam imzalayıb.
Ölkə başçısının Sərəncamına əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib.
Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, Azərbaycanın Milli qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin bu Sərəncama uyğun olaraq artırılaraq yenidən hesablanmasını təmin etsin.
Demokratik.Az

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti