Kütləvi zəhərlənmə olub-Göyçayda

  • 23 avq 2016, 20:30
Göyçay rayonunun Yekəxana kəndində keçirilən toy mərasimində kütləvi qida zəhərlənməsi baş verib.
Toyda 40-a yaxın vətəndaş zəhərlənib.
Zəhərlənmiş insanlar Göyçay rayon Qaraməryəm kənd sahə xəstəxanasına və Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib.
Ehtimallara görə, zəhərlənmə toyda verilən şirələrdən olub.

Hazırda araşdırma aparılır.
Oxşar xəbərlər