Xəbər lenti
Bütün xəbərlər

Azərbaycanda kütləvi zəhərlənmə — Andiçmə mərasimində

  • 28 may 2015, 21:18

Cəlibabad rayonunda kütləvi zəhələnmə baş verib. 

Əslən Tovuzun Ağdaş kəndindən olan 18 nəfər şəxs qohumlarının andiçmə mərasimində iştirak etmək üçün Cəlilabadın Göytəpə qəsəbəsinə gəliblər. Qohumlar Göytəpədə evdə bişirilmiş yeməklərdən süfrə açıblar və kütləvi zəhələnmə də məhz bu yemək tədarükündən olub.  

Zəhərlənənlərdən 7 nəfəri Cəlilabad Rayon Xəstəxanasına çatdırılıb. Onların arasında 2 azyaşlı uşaq da var, xəstələrin birinin vəziyyəti ağırdır. 

İlkin məlumata görə, zəhərlənmə dolmadan baş verib. (qafqazinfo)