Xəbər lenti
Bütün xəbərlər

Daşkəsənin Zəylik kəndində avtobus dərəyə aşıb

  • 26 iyul 2016, 22:58
Daşkəsəndə ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə bu gün axşam saatlarında rayonun Zəylik kəndi ərazisində qeydə alınıb.
 
Məlumata görə, "PAZ” markalı sərnişin avtobusunun dərəyə aşması nəticəsində sürücü ölüb, bir neçə nəfər isə xəsarət alıb. Xəsarət alan Zəylik kənd sakinləri 1994-cü il təvəllüdlü Tural Cəlalov  və həmyaşıdı Fərid Dalov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.
 
Demokratik.Az
Oxşar xəbərlər