AÇIQLAMA: “Azərbaycan az borcu olan 10 ölkədən biridir”

  • 21 noy 2017, 13:07

 

 

"2018-ci ilin dövlət büdcəsində neftin qiyməti 45 dollardan götürüləcək”. Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bunu parlamentdə davam edən büdcə müzakirələrindəki çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, müvafiq quurmlarla geniş müzakirələrdən sonra bu rəqəmin üzərində dayanıb.

 

Komitə sədri bildirib ki, Azərbaycan az borcu olan 10 ölkədən biridir. "Biz borclanmaya getməliyik. Borc almaq Azərbaycana ən müasir texnologiyaların gətirilməsi deməkdir”-komitə sədri əlavə etdi. Bununla belə bildirdi ki, Azərbaycan hər borcu almayacaq, bunun üçün dövlət başçısının tapşırığı ilə xüsusi strategiya hazırlanır. "Lazım olmayan borclanmaya görə məsuliyyət məsələsi də artırılacaq”, - Z.Səmədzadə deyib.

"Əhali ilə banklar arasında yaranmış problemlərin həlli ilə bağlı konsensus olmalıdır. Ola bilməz ki, bir tərəf haqlı, digər tərəf haqlı olsun”-deyən komitə sədri banklarla bağlı məlumat verib.

Komitə sədri deyib ki, gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq: "Deməli, 2018-ci il müdcəsi bizim əldə etdiyimiz müstəqilliyimizin 100 illiyinin büdcəsidir".

Demokratik.Az

Oxşar xəbərlər