Komitə sədri bu şəxsləri cəzalandırdı
- 29 dek 2016, 21:52
Hesabat və icra intizamında yol verdikləri
nöqsanlara və icra intizamına nəzarəti lazımi səviyyədə təşkil etmədiklərinə
görə Şəki şəhər Statistika İdarəsinin rəisi Lütfəli Əliyevə, Bərdə rayon
Statistika İdarəsinin rəisi Əlövsət Məmmədova, Siyəzən rayon Statistika İdarəsinin
rəisi Bəhram Sultanova töhmət intizam tənbeh tədbiri tətbiq edilib.
Demokratik.Az "Report”a istinadən xəbər
verir ki, həmin şəxslər Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun
müvafiq əmrləri ilə cəzalandırılıb.
Məlumatda deyilir ki, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”
qanunun 5-ci maddəsinin tələblərini yerinə yetirmədiklərinə görə isə Şəki şəhər
Statistika İdarəsinin baş mühasibi Xuraman Mustafayevaya, Bərdə rayon
Statistika İdarəsinin baş mühasibi Fərhad Qasımova, Göygöl rayon Statistika
İdarəsinin baş mühasibi Kimya Abbasovaya da eyni cəzalar tətbiq edilib.
Demokratik.Az