Milli Məclisdə xaricdən zəng söhbətləri

  • 01 fev 2017, 14:55

«Hələ də bir sıra siyasi partiyalar maliyyə hesabatları vermir. Baxmayaraq ki, onların kifayət qədər cangüdənləri, maşınları var».

APA-nın xəbərinə görə, bunu Milli Məclisin fevralın 1-də keçirilən plenar iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Komitə sədri deyib ki, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər olmalıdır.

«Bir məsələni də qeyd etmək istəyirəm. Axşamlar xaricdən telefonlarımıza zənglər gəlir. İnformasiya təhlükəsizliyi məsələsinə görə bunun araşdırılmasına ehtiyac var. Ziyafət Əsgərovdan komitə sədri kimi xahiş edirik ki, bu məsələ araşdırılsın»,-deyə S.Novruzov şikayət edib.

Oxşar xəbərlər