Argentina dünya çempionu oldu

  • 02 okt 2016, 13:29

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatının qalibi müəyyənləşib.

 

Məlumata əsasən,əlledici görüşdə Rusiya və Argentina yığmaları üz-üzə gəlib.

 

Gərgin keçən matçda qapılara 9 qol vurulub. Yekunda 5:4 hesabı ilə qalib gələn Argentina millisi mundialın qalibi olub.

 

Bürünc mükafatı isə İran yığması qazanıb.

 

Qeyd edək ki, Azərbaycan millisi mundialda 1/4 finala qədər yüksəlib və yarımfinala gedən yolda Portuqaliya yığmasına 2:3 hesabı ilə məğlub olub.

Oxşar xəbərlər