Demokratik TV
Xəbər lenti
Taekvondoçularımız Rioda 1/4 finala yüksəldi
- 19 avq 2016, 20:18
Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondo yarışları davam edir.

Kişilər, 80 kq
80
kq çəki dərəcəsində çıxış edən Milad Beiqi Harçeqani mübarizəyə 1/8
finaldan start verib. Onun ilk rəqibi malili İsmael Koulibali olub.
Rəqibinə 13:6 hesabı ilə qalib gələn idmançımız 1/4 finala yüksəlib.
Harçeqani 1/4 finalda Mehdi Xodabaxşi (İran) ilə üz-üzə gələcək. Qarşılaşmanın saat 22:45-də başlayacağı nəzərdə tutulub.
Qadınlar, 67 kq
Qadınların
yarışında ölkəmizi təmsil edən Fəridə Əzizova (67 kq) 1/8 finalda
amerikalı Peyc Makferson ilə qarşılaşıb. London Olimpiadasının gümüş
medalçısına 6:5 hesabı ilə qalib gələn idmançımız 1/4 finala yüksəlib.
Qeyd edək ki, taekvondo komandamızın heyətində Patimat Abakarova (49 kq) Olimpiya Oyunlarını bürünc medalla başa vurub.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti