Xəbər lenti
Bütün xəbərlər

Prezidenti Messidən danışdı

  • 06 avq 2016, 09:31
"Barselona" futbol klubunun hücumçusu Lionel Messi 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatında Argentina milli komandasının heyətində çıxış edəcək.

Bu barədə Argentina prezidenti Maurisio Makriyə istinadən ESPN telekanalı məlumat yayıb.

Argentina millisi iyunun 27-də Amerika Kubokunun finalında Çiliyə məğlub olduqdan sonra 20 yaşlı futbolçu Lionel Messi milli komandanın heyətində karyerasını başa vurduğunu bəyan etmişdi.
"Messi Rusiyada keçiriləcək Dünya çempionatında iştirak edəcək və komandamızın lideri olacaq. Əminəm ki, o, yenə ən yaxşılardan biri olacaq", - deyə Makri bildirib.

report.az
Oxşar xəbərlər