Xəbər lenti
Bütün xəbərlər

Messi daha bir ilkə imza atıb

  • 12 fev 2016, 19:03

 

"Barselona"nın hücumçusu Lionel Messi daha bir ilkə imza atıb.

Argentinalı futbolçu karyerasında ilk dəfə La Liqada ayın oyunçusu seçilib.

Yanvar ayında "Barselona" keçirdiyi 5 oyunun 4-də qələbə qazanıb, birində heç-heçə edib. Ötən ayın ən yaxşısı seçilən Messi "Qranada" ilə görüşdə het-triklə yadda qalıb. Messi eyni zamanda yanvar ayında "Atletik", "Atletiko" və "Malaqa" ilə oyunlarda da fərqlənib. Yanvar ayının ən yaxşı baş məşqçisi isə "Sevilya"nın çalışdırıcısı Unai Emeri seçilib.

Qeyd edək ki, La Liqanın ən yaxşı futbolçusu və baş məşqçisi 2013-cü ildən etibarən seçilir. 

qol.az
Oxşar xəbərlər