KXDR yeni növ raket sınağı barədə məlumat yayıb

  • 11 avq 2019, 16:25

KXDR avqustun 10-da ölkə lideri Kim Çem Inın rəhbərliyi altında daha bir raket sınağını həyata keçirib.

APA xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Agentlik yeni silahın növünü yazmayıb, ancaq qeyd edib ki, yeni raket əvvəlki tip silahlardan öz taktiki üstünlükləri ilə fərqlənir. Məlumata görə, Kim Çen In sınağın nəticələrindən çox razı qalıb.

Qeyd edək ki, "Yonhap” agentliyi bir qədər əvvəl Şimali Koreyanın yaxınmənzilli ballistik raket sınağı həyata keçirdiyini yazmışdı. Həmin raketin uçuşu 400 km uzaqlığı, 48 km maksimal hündürlüyü əhatə etmişdi.

Oxşar xəbərlər