Demokratik TV
Xəbər lenti
ABŞ-dan Şimali Koreyaya qarşı yeni raket
- 27 fev 2016, 21:09
ABŞ nüvə silahlarını havada vurmaq qabiliyyətinə malik olan raketləri sınaqdan keçirib.
Bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə naziri Eşton Karterin müavini Cekil Haney sözügedən raketlərin Şimali Koreyanın nüvə həmlələrinə qarşı hazırlandığını bildirib:
"Müdafiə sistemimiz Şimali Koreya kimi problemlər üçün nəzərdə tutulub. Hər hansı təhlükəyə qarşı uğurlu olacağından əminəm”.
Qeyd edək ki, ABŞ nüvə silahlarını havada vura biləcək 30 raket sisteminə sahibdir və 2017-ci ilin sonuna qədər daha 14 raket hazırlamaq niyyətindədir.
Bundan əlavə, beynəlxalq xəbərdarlıqlara baxmayaraq Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsi rəsmi Vaşinqtonu bu işi daha da sürətləndirməyə vadar edib.
axar.az

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti