BMT TŞ fövqəladə iclas keçirəcək

  • 15 may 2017, 08:36
BMT Təhlükəsizlik Şurası Koreya Xalq Demokratik Respublikasının (KXDR) növbəti raket sınağı ilə bağlı fövqəladə iclas keçirəcək.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Uruqvayın BMT yanında daimi nümayəndəliyi məlumat yayıb. Uruqvay Şuranın may ayında sədridir.

Məlumata əsasən, iclas may ayının 16-na planlaşdırılıb.

Qeyd edək ki, mayın 13-dən 14-nə keçən gecə Şimali Koreya növbəti raketin sınağını keçirib. Raketin uçuş məsafəsi 800 kilometr təşkil edib.
 
Demokratik.Az
Oxşar xəbərlər