Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Dünyada » KXDR 2018-ci ilədək qitələrarası ballistik raket hazırlamağa çalışır
KXDR 2018-ci ilədək qitələrarası ballistik raket hazırlamağa çalışır
- 08 yan 2017, 10:39
Koreya Xalq Demokratik Respublikası (KXDR) 2018-ci ilə qədər qitələrarası ballistik raketi hazırlamağa çalışır.
"Report" xəbər verir ki, bu barədə KXDR-in 2016-cı ildə Böyük Britaniyaya qaçmış diplomatı Txe Yon Xo "Ryonxap" agentliyinə bildirib.
"Şimali Koreya ABŞ və Koreya Respublikasındakı seçkilərdən istifadə edərək, 2017-ci ilin sonu - 2018-ci ilin əvvəlinə qədər qitələratası raketlərin yaradılmasını başa çatdırmağı və ABŞ-a zərbə vurmağı qarşısına məqsəd qoyub" – deyə agentlik Koreya Xalq Demokratik Respublikasının Londondakı səfirliyinin keçmiş müşavir-diplomatının fikirlərindən sitat gətirib.
Eyni zamanda, yanvarın 1-də Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In da xalqa Yeni il müraciətində ölkəsinin qitələrarası ballistik raketlərin yaradılmasında sonuncu mərhələyə nail olduğunu açıq elan edib.
Demokratik.Az

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti