“Reina” terrorunda şübhəli bilinən şəxs sərbəst buraxıldı

  • 11 okt 2017, 07:30

Yeni il gecəsi İstanbulun "Reina” gecə klubunda terror törədən Abdulkadir Maşaripovu silah-sursatla təmin etməkdə şübhəli bilinən İbrahimcon Asparov Danimarkada həbsdən azad edilib.

39 nəfəri qətlə yetirmiş İŞİD üzvü Abdulkadir Maşaripova silah verməkdə ittiham olunan Asparov iyul ayından bəri həbsdə idi. Şübhəlinin azad edilməsi barədə məlumatı Yutland polis idarəsindən bildiriblər. Açıqlamada qeyd olunub ki, 42 yaşlı, özbək əsilli Asparov Türkiyənin ekstradisiya tələbi əsasında həbsdə saxlanılıb, Danimarka məhkəməsi isə Asparovun terrorla əlaqəsini üzə çıxara bilməyib və şübhəlinin azad edilməsinə qərar verib.

Yutland polisi Asparova qarşı istintaqın davam etdiyini qeyd edib.

Oxşar xəbərlər