"Reina" terrorçusu ilə bağlı YENİ DETALLAR

  • 03 yan 2017, 10:59

İstanbulda "Reina" gecə klubunda törədilən terror hadisəsi ilə bağlı bir çox məqamlar gün üzünə çıxıb.

DEMOKRATİK.AZ xəbər verir ki, 39 nəfəri öldürən terrorçunun qaldığı ev və hadisəni necə törətməsi barədə məlumatlar "Haberturk" tərəfindən aşkarlanıb.

Terrorçunun saxlanılması üçün İstanbulda bir çox obyektlərə basqın həyata keçirilib.

Əldə edilən məlumata görə, terroru törədən şəxs hadisə yerinə- Zeytinburnu 58 Bulvar prospektinə əlində siqaret və bel çantası ilə gedib.

Yoldan keçən ilk taksiyə 23:58-də minən terrorçu, sahil boyunca "Reina”ya doğru hərəkət edib. Gecə klubuna yaxın bir yerdə 01:15-də taksidən enib, "Reina”ya qədər piyada gəlib. 01:18-də isə "Kalaşnikov" tüfəngilə atəş açaraq məkanın içərisinə girib.

Terrorçunun hərbi əməliyyatlarda olduğu kimi silahın cüt maqazinini tərs istiqamətdə bir-birinə yapışdırdığı və beləcə maqazin dəyişdirərkən vaxt itirmədiyi məlum olub. Terrorçu hücum zamanı 6 maqazindən istifadə edib.

Araşdırmalar zamanı terrorçunun Bulvar prospekti 63/5 ünvanındakı bəzi mənzillərə girib-çıxdığı məlum olub. Həmin ünvanda 8 mənzilə basqın həyata keçirilib. Nəticədə 12 nəfər saxlanılıb.

Oxşar xəbərlər