"Reina" terrorunda milyarder iş adamı da ölüb

  • 03 yan 2017, 10:52

İstanbulda "Reina"da törədilən terror hadisəsi zamanı həlak olanlar arasında iordaniyalı milyarder iş adamı Muhammed el-Sarraf da olub.

Publika.az "Milliyet"-ə istinadən xəbər verir ki, İraq əsilli iordaniyalı iş adamı Muhammed el-Sarrafın İraq və İordaniyada 13 şirkəti var.

Telekommunikasiya, mühafizə və digər sahələrə maliyyə ayıran El-Sarrafın yaxın dostu Navras Affas da terrorun qurbanı olub.

O, İordaniyada məşhur klublardan birinin sahibidir və həmin gün dostu ilə Yeni ili qeyd etmək üçün İstanbulda olub.

 

Oxşar xəbərlər