Atatürk Hava Limanında iki xarici vətəndaş saxlanılıb

  • 03 yan 2017, 19:17
İstanbul Atatürk Beynəlxalq Hava Limanında "Reina" gecə klubuna hücumda şübhəli bilinən iki xarici vətəndaş saxlanılıb.

"Report" Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, şübhəli şəxslərin milliyyəti və adları hələlik məlum deyil.

Qeyd edək ki, Yeni il gecəsi İstanbulun Ortaköy rayonunda yerləşən "Reina” gecə klubuna hücum edilib. Hadisə zamanı 16-sı əcnəbi olmaqla, ümumilikdə 39 nəfər həlak olub. Ölənlər arasında Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail vətəndaşları var.
 
Demokratik.Az
Oxşar xəbərlər