Atatürk Hava Limanındakı partlayışla bağlı 30 nəfər həbs olundu

  • 05 iyul 2016, 10:35
İstanbuldakı Atatürk Hava Limanında törədilən partlayışla əlaqədar saxlanılan daha 17 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.
 
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 17 nəfərdən 11-i əcnəbidir (hamısı Rusiya vətəndaşıdır). Bununla da barəsində həbs qərarı verilənlərin sayı 30-a çatıb. Belə ki, bir gün əvvəl 4-ü əcnəbi olmaqla 13 nəfərin həbsinə qərar verilib. Onlardan biri Azərbaycan vətəndaşı Elçin Bünyadovdur.
 
 
Qeyd edək ki, iyunun 28-də Atatürk aeroportunda 3 kamikadzenin özünü partlatması nəticəsində 45 nəfər ölüb, 236 nəfər yaralanıb. Partlayışı İŞİD terror təşkilatına mənsub şəxslər törədib.
 
Demokratik.Az
Oxşar xəbərlər