"Kürdüstan referendumu" baş tutdu-78 faiz

  • 26 sen 2017, 07:04
Sentyabrın 25-də İraq Kürdüstanında keçirilən referendumunda seçici fəallığı məlum olub.

APA-nın "RTE”-yə istinadən verdiyi xəbərə görə, referendumda 3 305 925 nəfər səs verib.

Beləliklə, seçici fəallığı 78 faizə yaxın olub. Səsvermədə iştirak etmək üçün 5,2 milyon seçici qeydiyyatdan keçib. Referendumun rəsmi nəticələrinin sentyabrın 26-ı, axşam saatlarında məlum olacağı bildirilib.

Qeyd edək ki, ötən gün İraqın şimalındakı Kürd Muxtariyyətinin ərazisində müstəqillik referendumu keçirilib. İraq hökuməti referendumun qanunsuz olduğunu bəyan edib.

 

Demokratik.Az

Oxşar xəbərlər