Ən aktiv və ən passiv seçki dairələri bunlar oldu

  • 26 sen 2016, 21:16
Referendumda ən aktiv və ən passiv seçki dairələri açıqlanıb.

APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib. 

Ən aktiv seçki dairəsi 75 saylı Lənkəran-Masallı Seçki Dairəsidir ki, burada 38654 seçicidən 30493-ü səs verib. Bu isə qeyd olunan dairədə 78,89%  seçici fəallığı deməkdir. 

Ən passiv seçki dairəsi isə 26 Saylı Sabunçu Birinci Seçki Dairəsi olub. Burada 49268 seçicidən yalnız 27442-si səs verib. Beləliklə, bu dairədə 55,70% seçici fəallığı qeydə alınıb.
Oxşar xəbərlər