BMT-dən “kürd dövləti” açıqlaması

  • 18 sen 2017, 07:49

BMT Baş katibi Antonio Quterreş İraq Kürd Regional Vilayətində 25 sentyabrda keçirilməsi nəzərdə tutulan müstəqillik referendumuna münasibət bildirib.

Axar.az xəbər verir ki, Quterreş bu referendumun vaxtı çatmadığını bildirib və tərəfləri dialoqa çağırıb.

Qeyd edək ki, İraq Kürd Regional Vilayətində 25 sentyabra nəzərdə tutulan referenduma İraq rəhbərliyi ciddi şəkildə qarşı çıxır, hətta referendumun keçiriləcəyi təqdirdə hərbi müdaxilə istisna edilmir. Bu referendumu bölgə dövlətləri, o cümlədən Türkiyə də təhdid hesab edir.

Referendumu dəstəkləyən yeganə dövlət İsraildir.

Demokratik.Az

Oxşar xəbərlər