Keçmiş səfirdən şok "Kürdüstan" açıqlaması:

  • 26 sen 2017, 07:21

ABŞ referenduma qarşı çıxdı, ancaq sonrakı günlərdə yeni vəziyyəti təsdiq edəcək.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Xorvatiyadakı keçmiş səfiri Peter Qalbrayt bildirib.

İraq, Türkiyə, İran, ABŞ, İngiltərə, Fransa, Almaniya və Rusiya kimi bir çox ölkələr referenduma qarşı çıxsa da, Bərzaninin mətbuat orqanı "Rudav" dünya tərəfindən dəstək gördüklərini iddia edir.

Ötən əsrin 80-cı illərində kürd problemi ilə yaxından məşğul olmağa başlayan və 1990-cı illərin əvvəlində İraqın keçmiş lideri Səddam Hüseynin kürdlər üzərində kimyəvi silahdan istifadə etməsinin ortaya çıxarılmasında rol oynayan Peter Qalbrayt referendumu bundan sonra ləğv etməyin qeyri-mümkün olduğunu söyləyib: "Kürd Muxtariyyətinin referendumu ləğv etməsini düşünmək mümkün deyil. Əgər belə bir addım atarlarsa, öz cəmiyyətlərinin gözündə heç bir etibarları qalmaz. Qeyri-sabitlik yaranar".

Qeyd edək ki, İraq Kürd Muxtariyyətinə könüllü olaraq müşavirlik edən Peter Qalbrayt keçmişdə Cənub-Şərqi Asiyada Timor adasının şərqindəki Şərqi Timorun müstəqillik qazanmasından sonra Birləşmiş Millətlər Təşkilatının keçid hökumətində vəzifə almışdı. Yuqoslaviyadan Əfqanıstana qədər bir çox bölgədə diplomatik xidmət göstərən Qalbreyt Bərzani ailəsinin müşaviri kimi olmaqla yanaşı, Norveç neft şirkətini Şimali İraqda neft axtarmağa razı salan biridir.

Onun bir neçə gün öncə Kərkükə gizli səfər etdiyi və ABŞ-ın Kürdüstandakı gələcək səfiri olaraq tanındığı iddia edilir.

Demokratik.Az

Oxşar xəbərlər