Trampa zərbə: Miqrasiya fərmanı rədd edildi

  • 16 mart 2017, 11:24

ABŞ-ın Havay ştatı məhkəməsi Prezident Donald Trampın 6 ölkəyə qarşı imzaladığı miqrasiya fərmanının icrasını dayandırıb.

Axar.az xəbər verir ki, fərmanın icrası Havay bölgəsinin hakimi Derrik Uotson tərəfindən təxirə salınıb.

Havay əyalətinin vəkilləri müsəlmanları hədəfə alan fərmanın ABŞ Konstitusiyasının ilk maddəsini pozduğunu, həmçinin əyalətdəki iş və təhsil müəssisələrinin, turizm sektorunun inkişafına mənfi təsir etdiyini bildiriblər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp miqrasiya ilə bağlı yeni fərmanında Liviya, İran, Somali, Suriya, Sudan və Yəmən vətəndaşlarının 90 gün ərzində ölkəyə girişinə qadağa qoyub. Havay ştatı məhkəmə vasitəsi ilə Trampın fərmanını ləğv etməyə cəhd edən ilk ştat olub.

Demokratik.Az

Oxşar xəbərlər