Suriya diktatorundan Trampa uzanan "müttəfiq əli"

  • 14 dek 2016, 22:32

Suriya prezidenti Bəşər Əsəd ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın ölkəsinin müttəfiqi rolunda çıxış edəcəyini istisna etməyib.

APA-nın məlumatına görə, Əsəd "Rossiya-24” telekanalına müsahibəsində bildirib ki, seçkiöncəsi kampaniya zamanı Trampın terrorçuluqla mübarizə məsələləri ilə bağlı söylədikləri dəqiq və aydın olub.

"Təbii ki, bu, yaxşıdır. Lakin hər şey Trampın bu istiqamətdə hərəkət etməsi ilə bağlı iradəsindən asılıdır. Əgər o, bütün maneələri aşa bilsə və doğrudan da terrorçuluğa qarşı addımlar atsa, düşünürəm ki, bizim təbii müttəfiqimizə çevrilə bilər”, - deyə o vurğulayıb.

Oxşar xəbərlər