Xəbər lenti
Bütün xəbərlər

Bu gün Trampın inaqurasiyası baş tutacaq

  • 20 yan 2017, 10:39

Bu gün dünyanın diqqəti ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gözlənilən andiçmə mərasiminə yönəlib. Yeni prezident həyat yoldaşı Melanya ilə birlikdə prezident təyyarəsi ilə səhər saatlarında Nyu-Yorkdan Vaşinqtona gedib.

Bu barədə CNN xəbər yayıb.

Hələ aylar öncə yanvarın 20-də Vaşinqtonda ABŞ-ın 45-ci prezidenti Donald Trampın andiçmə mərasimi keçiriləcəyi elan edilmişdi.

Prezident təyyarəsi artıq ənənəvi olaraq Sent Endryus hərbi bazada eniş enib. ABŞ-ın yeni seçilmiş prezidenti bu vaxtadək səfərlərini üzərində "Tramp” yazılmış təyyarə ilə həyata keçirib.

Demokratik.Az

 

Oxşar xəbərlər