Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:48 - 19.04.2019  
İlyas İsmayılov spikeri təcili istefaya çağırdı
Tarix: 9-04-2019, 09:06 | Bölmə: ---

"Nə üçün MTN-ni cinayət yuvasına çevirən Eldar Mahmudov cinayət məsuliyyətinə cəlb edilmir?”

İlyas İsmayılov spikeri təcili istefaya çağırdı

 

 

 

 

 

 

 

"Əgər həqiqətən islahat tərəfdarlarıdırlarsa, onda desinlər görək, hələ 2005-ci ildə qəbul olunan "Gəlirlər barədə deklarasiya vermək haqqında” qanun niyə tətbiq olunmur?”

Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov "Hürriyyət” qəzetinə müsahibəsində bu sualı aktuallaşdırıb.

Partiya sədri Azərbaycanda islahatların aparılması ilə bağlı suala cavabında bu haqda danışıb. Onun fikrincə, hakimiyyət islahatlardan danışsa da, ciddi heç bir addım atmır: "Əzizim, islahat latın sözü olan "reformare”-dən əmələ gəlib, mahiyyəti mövcud sosial quruluşu məhv etmədən cəmiyyətin, ictimai və dövlət həyatının hər hansı bir sahəsinin, tərəfinin (qanun-qaydalarının, institutlarının, qurumlarının və s.) məhz tərəqqi, irəliləmə istiqamətində yenidən, kökündən dəyişdirilməsi, ayrı cür, ayrı planda qurulması deməkdir. İndi görək, hakimiyyətin və onun məlum məddahlarının islahat adı ilə xalqa və dünya ictimaiyyətinə sırımaq istədikləri, hələ daxili aləmlərini demirəm, əmtəə görünüşü belə olmayan, yaxınları və qohumlarının bir vəzifədən digər vəzifəyə təyin etmələrinin, pensiyaları artırmaq adı altında xalqa dilənçi payı vermələrinin (190 manat pensiyaya 6 manat əlavə olundu) və xalqda birmənalı gülüş doğuran digər "tədbirlərin” bu anlayışla hər hansı bir əlaqəsi varmı? Götürək ölkənin ən ciddi problemi olan korrupsiya ilə hakimiyyətin apardığı "mübarizəni”, başqa sahələrdə olduğu kimi, korrupsiya ilə mübarizədə də mövcud qanunlar işləmir, yaxud bu mübarizə üçün dünya təcrübəsinə uyğun zəruri normativ aktlar qəbul olunmur. Hərdən bu və ya digər yüksək rütbəli hakimiyyət nümayəndəsinin "bu sahədə işi gücləndirmək lazımdır” demələri ilə öz vəzifə borclarını bitmiş sayırlar”.

İ.İsmayılov vurğulayıb ki, insanları sözlərlə, çağırışlarla deyil, məhz şəxsi nümunələrlə inandırmaq mümkündür. Bunun üçün bütün hakimiyyət nümayəndələri gəlirləri barədə, qazanclarının mənbəyi və dövlətə ödənilən vergilərin məbləği göstərilməklə, deklarasiya verməlidirlər. "Sözügedən qanunun işləməsinə mane olanlar niyə cəzalandırılmırlar? Əgər doğrudan da islahat tərəfdarlarıdırlarsa, niyə korrupsiya ilə mübarizə üçün zəruri, labüd olan xərclər barədə deklarasiya verilməsi haqqında qanun, vəzifəli şəxslərin sahibkarlıqla məşğul olmalarını qadağan edən cinayət qanunu qəbul olunmur, hələ 2006-cı ildə ikinci oxunuşdan keçən Rəqabət Məcəlləsi üçüncü oxunuşa çıxarılmır? Nə üçün MTN-ni cinayət yuvasına çevirən Eldar Mahmudov cinayət məsuliyyətinə cəlb edilmir? İş ona gəlib çıxdı ki, artıq korrupsiyanın əyani sübutu olan nazirliyi ləğv edib, əvəzində yeni nazirlik yaratmaq məcburiyyətində qaldılar. Dövlətin əsas rıçaqlarından olan bu nazirliyin cinayət yuvasına çevrilməsində təqsirli bilinən şəxslər nə üçün cəzalandırılmadılar? Beynəlxalq Bankda baş verənlərə görə məsul olan şəxslər nə üçün məsuliyyətdən kənarda qaldılar? Əgər doğrudan da islahatlar keçirilirsə, bu suallara konkret və birmənalı cavab verilməlidir”.

 

İlyas İsmayılov spikeri təcili istefaya çağırdı

 

İ.İsmayılov fikirlərinin davamında bu yaxınlarda parlamentin sədri Oqtay Əsədovun adı keçən qalmaqalı misal göstərib, spikeri sərt sözlərlə təcili istefaya səsləyib. Sitat: "Bu yaxınlarda mətbuatda Milli Məclisin sədri Oqtay Əsədov və onun həyat yoldaşının Moskvada milyonlarla dollar dəyərində obyektlərinin olması və burada qeyri-əxlaqi və qanunsuz fəaliyyətlərin tuğyan etməsi ilə əlaqədar informasiyalar getdi. İlk əvvəl mən bunun qeyri-ciddi məlumat olduğunu düşündüm. Sonradan Fəzail Ağamalının Oqtay Əsədov və onun yoldaşının müdafiəsinə qalxmasından bəlli oldu ki, yazılanlar doğru imiş. Deyilənlərə görə, Oqtay Əsədovun nəinki Moskvada, Binəqədidə və başqa yerlərdə də milyonluq obyektləri var. Düşünürəm ki, bu barədə xalqa hesabat verilməlidir: Oqtay Əsədovda bu var-dövlət hardandır? Yazılanlardan sonra onun onsuz da mənfi olan imicinə böyük zərbə dəydiyi aşkardır. Onda ləyaqət varsa, xalqın səbrini zorlamadan istefa verməlidir!”

 

Partiya sədri daha sonra vurğulayıb ki, iqtidar öz fəaliyyətinə dəstəyi xaricdə deyil, öz xalqı arasında axtarmalıdır: "Əks halda, sizin də qeyd etdiyiniz kimi, bu cür təşəbbüslər xaricilər qarşısında hesabat verməyə daha çox bənzəyər. İstənilən ölkənin hakimiyyəti isə öz xalqı qarşısında məsuliyyət daşıyır və hesabatı da ona verməlidir.

İkincisi, böyük, xüsusilə də siyasi islahat deyəndə nəyi nəzərdə tuturlar? Bu suala hökumət nümayəndələri aydınlıq gətirməlidirlər. Bəlkə Konstitusiyanın müvafiq maddələrini dəyişərək, proporsional seçki sistemini, prezidentin iki dəfədən artıq seçilməsini qadağan edən normaları bərpa etmək istəyirlər? Yaxud Əsas Qanunu dəyişdirərək, prezidentlik idarəetmə formasından parlamentli idarəçiliyə keçmək barədə düşünürlər? Bütün bunlar həyata keçirilmədən siyasi islahatlardan danışmaq absurddur.

Bəlkə böyük islahatlar deyəndə tibb sistemində məcburi tibbi sığorta tətbiq edərək vətəndaşları ölüm təhlükəsindən xilas etməyi düşünürlər? Yoxsa, təhsil sistemini kökündən dəyişdirərək, onu xalqın üzünə açırlar; xüsusilə də dövlət universitetlərində, dünyanın hər yerində, o cümlədən Türkiyədə olduğu kimi, pullu təhsili ləğv edib kasıb balalarının təhsil almasına şərait yaradırlar? Ölkədə aparılan "islahatlarda” bunların heç birinin kiçik işartıları belə yoxdur. Onda nə üçün xalqı və dünya ictimaiyyətini aldatmağa çalışırlar? Azərbaycandakı vəziyyəti islahat kimi təqdim etmək üçün insanda gərək yüz sifət ola”.

İ.İsmayılov qeyd edib ki,  hakimiyyətin 30 ilə yaxındır yaratdığı problemləri bir anda həll etmək çətindir: "İslahatlar müəyyən aralıqlarla və intensiv aparılmalıdır. Amma məsələ burasındadır ki, hakimiyyətin son zamanlar atdığı addımların heç birini islahat adlandırmaq mümkün deyil. Yəni böyük islahatlardan bəhs edilir, ancaq ortada bunun heç bir əlaməti yoxdur. İqtidarın əslində belə bir niyyəti də mövcud deyil. Deklorativ bəzi addımlarla sadəcə islahat manipulyasiyası ilə məşğuldurlar. Varlığı və mahiyyəti korrupsiyadan ibarət olan, xalqın inamına deyil, güc strukturlarına arxalanan, seçki keçirmək əvəzinə, sadəcə bu barədə protokol tərtib edən, konstitusiyada gülüş doğuran dəyişikliklərlə ömrünü uzadan hakimiyyət islahatlar aparmağa qadir deyil. Bu onun oturduğu budağı kəsməsi olardı.

Digər tərəfdən, tətbiq olunan "tədbirlər” islahatın məramı və məqsədi olan hansı irəliləyişə, tərəqqiyə gətirib çıxarıb? Belə bir şey yoxdur. Əksinə, bunların yalançılıqda göstərdikləri əzmkarlıqları (bunu Qarabağ probleminin həllində ortaya qoysaydılar, sevinərdim) xalqı hakimiyyətdən tamamilə aralayır. Bunu nə qədər tez anlasalar, o qədər yaxşı olardı”. /AzPolitika.info/

Xəbər 725 dəfə oxunub






Oxşar xəbərlər

Binəli Yıldırımdan İmamoğlunun qələbəsi ilə bağlı tvit
“O qız qardaşımın gənclik səhvidir” — Nazpəri
Fuad Abbasova ağır ittihamlar: "Sən Azərbaycan vətəndaşlığı olan erməni terrorçususan"
Fuad Qəhrəmanlının qızına hücum edən saxlanıldı
"Mən də bilirəm, Amerikanın paytaxtı Nyu-Yorkdur" — Şəbnəm yenə “gül vurdu”
“Demokratik.Az”-a qarşı sifarişli Qətnamə - “Ə + Ə = 2000” DÜSTURU
"İmişlidə Prezidentin layihəsinə ciddi təhlükə var"
Əli İnsanova... zəng çatmır; o müxalifətçiləri umsuq etdi
Sumqayıtda kürəkən qayınanasını döyüb
BMT TŞ Liviya üzrə növbədənkənar qapalı iclas keçirəcək
Alimlər ölmüş beyni diriltməyi bacardılar
Eynulla Fətullayevdən çağırış: "bu abidələri qoruyaq.."
Xaçmazda 14 yaşlı qızı tualetə salıb zorladılar, sonra da...
Dilqəmin oğlu Şuşaya getmək istəyir - atası ilə görüşə
DTX-ya yeni səlahiyyət verilib
Azərbaycanlı polkovnikə ABŞ-da yüksək vəzifə verildi
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Pənah Hüseyn DTX-ya çağrıldı
Nazirlər Kabinetinə yeni mətbuat katibi təyin edilib
Azər Həsrət rusdillilərdən üzr istədi
Xınalığa və Şahdağa qar yağır
Rövşən Rzayev BMT nümayəndəsi ilə görüşdü
“Jurnalistlərin fəaliyyətinə mane olmaq düzgün deyil”
"Azərsu"ya 4 milyon manat ayrıldı
AQTA adından rüşvət alanın görüntüləri yayıldı
“Fahişələrin 80 faizi siğə ilə ərə gedən qadınlardır” – Fikirlər haçalanır
Çingiz Qənizadəyə ŞOK İTTİHAM: - "Ayaqları olmayan əlilin obyektini əlindən alıb" ?
"ADY"-də ŞOK - Cavid Qurbanov 15 min işçini ixtisar edəcək
Telman İsmayılov barəsində cinayət işi başlayıb
Azər Həsrət "rusca" da düşünə bilmirmiş..
Sosial media Azər Həsrətdən üzr tələb edir
Ramiz Rzayev problemli kreditlərdən danışdı
Deputat "SOCAR"ı müdafiə etdi - Mənsimova cavab verdi
Prezidentin son fərmanları 600 min nəfəri sevindirdi
Moskva görüşünün pərdəarxası: indi də “Medvedyev planı”...
Mənsimovdan "SOCAR"-a ağır sözlər: -"nə zamana qədər..?
AXH-ni parçalamaq istəyən Milli Şuradır? - Açıqlama
Müsavat da çalxalanır: Sədrə qarşı İTTİHAMLAR var
Kəmaləddin Heydərov müşavirə keçirdi
"Rufo Gəncinski"yə ad günü düzənləndi - VİDEO
Rüfət Axundov “Space”dəki qalmaqala görə üzr istədi
Ukrayna: prezidentliyə namizədlər insan haqlarından nə deyir?
Elmar Məmmədyarov Polşaya rəsmi səfər edib
Abşeron İHB-də ara qarışdı - Zakir Fərəcov "KRALİÇA"-nı niyə danladı?
Naxçıvanda müşavirə keçirilib
Ceyhun Bayramov ifşa oldu: “Qulaqardı elədiniz, “donos” yazdırdınız”
Azərbaycan Xalq Hərəkatı dağıla bilər
Müharibə veteranlarına Prezident təqaüdü veriləcək — SƏRƏNCAM
Varşava Universitetində Azərbaycan tarixi tədris edilir — FOTOLAR
Ziyafət Əsgorovun qızının toyundan - VİDEOLAR
Türkmənistan Rusiyaya qaz nəqlini bərpa edib
Özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı - Foto
Balotelli Fransa çempionatının ən yaxşısı seçilib
Azərbaycanda vərəmin müalicəsi neçəyədir?
Talıb Talenin atası bugün Göygöl rayonunda dəfn edilib
Şamaxıda gölün bəndi niyə uçub? – RƏSMİ
Binəli Yıldırım: “İstanbulda seçki murdar olub”
Məhkəmə-Hüquq Şurasında “qaynar xətt” yaradılıb
İlham Əliyev sosial müavinətləri artırdı - YENİ MƏBLƏĞLƏR
AXH-nin toplantısında növbəti qalmaqalı: “Çıxarın, o səs yazılarını ortaya...”
“Araz” marketin müdiri intihar etdi
Xətaidə “Eskobar” ləqəbli narkobaron və dəstəsi yaxalandı - FOTOLAR
Azərbaycanda dron “problemi” – Deputat razılaşmır
“Xəzri” sistemi Ukraynada tərəfdaş sırasını genişləndirir
“Ruzigar”a 30 sutka həbs cəzası verilib
DİM-də vakant yerlər üçün müsabiqə elan olunub
ABŞ dövlət katibinin müavini Azərbaycanda səfərdədir
Dünyanın 40 ölkəsindən 800-dək uşaq Türkiyəyə gəlib
Gürcüstanda Nəriman Nərimanovun yubileyi qeyd olunub - FOTO
Bankların kredit faizləri gündəmdədir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.16069] initstartout [0.00014] initstartin [0.00064] calstart [0.00874] calend [0.00047] topnewsend [0.00331] rsssend [0.00000] ehgend [0.00567] tagsstart [0.00057] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.14111]