Gəncə 3 saylı orta məktəbdən yazılan YALANLAR - FOTOFAKT + TƏKZİB

  • 06 dek 2018, 09:06

Gəncə şəhərində fəaliyyət göstərən 3 saylı tam orta məktəbin rəhbərliyi "Demokratik.Az"-da yayımlanan məlumatlara aydınlıq gətirib. Direktor Vüsalə Səfərova yazılanların həqiqəti tam əks etdirmədiyini, saytımıza ötürülən bəzi bilgiləri bir neçə şəxsin qərəzinin məhsulu olduğunu isbat edib. Məktəbdəki xırda nöqsanların isə zamanla aradan qaldırılılacağını söyləyib.

Əməkdaşımız adıçəkilən məktəbdə olub, mövcud durumla maraqlanıb. Yerindəcə araşdırma apararaq şahidi olub ki, aldığımız şikayət xarakterli müraciətlərdə qeyd edilən məlumatların əksər hissəsi yalandır. Bəzi nöqsanlar isə təhrif edilməklə şişirdilib. Beləliklə...

Ötən həftə "Gəncədəki 3 saylı orta məktəbdən yeni XƏBƏRLƏR - ÖZBAŞINALIQ" başlığı altında yayımlanmış yazıdakı faktlara yerindəcə aydınlıq gətirək.

İlk nüans o idi ki, direktor məktəbdə kontingenti artırmaq üçün müəllimlərdən 600 manat pul yığır və məbləğin yarısını mənimsəyir.

Müasir şəraitlə tam təmin olunmuş bu məktəbdə 450-dən artıq şagirdin təhsilinə hər cür imkan yaradılıb. Məktəbin şagirdləri əsasən yaxınlıqdakı ərazidən formalaşıb. Və uzun illərdir ki, Türklər qəsəbəsindən olan uşaqların da bu məktəbdə oxumaları təşkil olunub. Məktəb kollektivi könüllülük prinsipi əsasında ayda 300 manat vəsait toplamaqla, qəsəbədəki şagirdlərinin dərsə cəlb olunması üçün onlara avtobus tutublar. Müəllimlərlə görüşümüz zamanı öyrəndik ki, yığdıqları pulun miqdarı 300 manatdır və burada hansısa rüşvət, korrupsiya elementləri yoxdur. Bu təşəbbüs bir tərəfdən məktəbə şagird qazandırırsa, digər tərəfdən də məktəbsiz bir qəsəbənin şagirdlərinə daha rahat təhsil almaq şansı qazandırır...

*****************************                                                                                    

Yazıda məktəbdə istilik sistemindəki nasazlıqdan, ötən il direktorun bu ad altında müəllimlərdən 1200 manat pul yığması iddiasına da yer vermişdik. Məktəbdə olarkən 3 mərtəbəli binada siniflərin istiliklə təminatında hər hansı nöqsan aşkarlanmadı. Əksinə, ayrıseçklilik olmadan bütün siniflərdə isitmə olduğunun şahidi olduq. Məktəbin qazanxana sisteminin, nasos sistemlərinin tam yararlı durumda olduğunu müəyyən etdik. Sözügedən 1200 manat pulyığma faktını da kollektiv tam rədd edərək bunu şər-böhtan adlandırdılar...

*****************************


Məktəbdə yanğın əlehinə təhlükəsizlik tədbirlərinə saymazyana yanaşıldığına dair məlumatlar da yalan hesab edilə bilər. Belə ki, məktəbdə FHN tərəfindən tərtib edilmiş "təxliyyə planı", yanğın əleyhinə lövhələr, yanğınboğucu balonlar və sair zəruri vasitələr mövcuddur. FHN-in məktəbin hovuzunda su ehtiyyatının olmadığına görə cərimə yazmasının mübahisələndirildiyini, səbəblərinin araşdırıldığını öyrənə bildik.


Gəncə Sukanal İdarəsi tərəfindən də məktəbə yüksək məbləğdə cərimə yazılıb. İdarənin əməkdaşları yazdıqları cərimə protokolunu arteziandan ayrılan əsas su xəttinə icazəsiz müdaxilə ilə əsaslandırmaqla tərtib ediblər. Yəni uzun illərdən bəri məktəbin girişində istifadə edilən bir su kranı "su oğurluğu" elan edilib. Məktəb rəhbərliyi suallarımıza cavab olaraq bildirib ki, bu su xəttinin sayğacdankənar olduğu barədə məlumatsız olublar. Məntiqlə düşünəndə də, "oğurluq məqsədi"nin belə aşkar edilməsini iddia etməyin özü belə absurddur. Əslində, üzüntülü məqam odur ki, cərimənin yazılması və həmin su xəttindən istifadənin qarşısının alınması faktiki olaraq məktəbi tam susuz qoyub. Problemin tezliklə aradan qaldırılacağına inanırıq.

 

********************************

Məktəbin ayaqyolu problemi olması iddiasını da araşdıra bildik. Binanın birinci mərtəbəsində həqiqətən xoşagəlməz qoxu var. Kəskin olmasa da, bu narahatlıq doğurur. Ancaq əl-üz yumaq üçün müəyyən şəraiti olan bir ayaqyolu var...


 

********************************

Məktəbdə normal bufet də fəaliyyət göstərir. Adının çəkilməsini istəməyən ağ xalatlı bufet işçisi məktəblə aralarındakı müqavilə sənədini təqdim edərək, fiziki şəxs kimi vergi ödədiyini bildirdi. Hansısa texniki işçinin guya bufetdə çalışdığı xəbərini qınadı və yalanladı. Satılan ərzaqların arasında zərərli nəyəsə rast gəlmədik...

********************************

Onu da xatırladaq ki, cari ilin avqustunda ictimailəşdirdiyimiz "Gəncədə məktəb direktorunun OYUNLARI - arpası + yoncası+ qoyunları (fotolar)" sərlövhəli yazıda iddia olunurdu ki, təhsil ocağı özəl fermer təsərrüfatı kimi idarə olunur, məktəbin ərazisində mal-qara otarılır, stadionu əhatə edən 2 ha torpaq sahəsində isə gəlir məqsədi ilə illərdir arpa və yonca əkilir. Eləcə də, əkinin limitdənkənar suvarılması nəticəsində məktəbin elektrik enerjisinə 3000 manatlıq borcu yaranıb. Bu fakt da öz təsdiqini tapmayıb.

Direktorun dediyinə görə, məlum yazıda yayımlanan şəkil təşkil olunub. Kimsə məktəbin arxa qapısından stadiona qoyun dolduraraq bu mənzərəni qəsdən çəkərək belə bir fikrin formalaşmasında niyyətli olub.

Xanım direktor məktəbin ərazisində mal-qara otarılmasına hansısa şəraiti yaratdığını, guya qoyunlarının olmasını gülüşlə qarşılayaraq bunun mümkünsüz olduğunu bildirdi. Arpa və yonca əkininə gəlincə, bunun yalnız yaşıllıq üçün edildiyini qeyd etdi. Məktəbin ərazisinə baş çəkərkən məlum oldu ki, əslində "əkin sahəsi" - yaşıllıq zolağının ölçüsü deyildiyi kimi 2 hektar deyil, çox kiçik sahədir...

Yuxarıda qeyd edilənləri və məktəbin şifahi TƏKZİB mövqeyini nəzərə alaraq oxucularımıza bildiririk ki;

- Gəncə şəhər 3 nömrəli tam orta məktəbin ərazisində mal-qara saxlanması və ya otarılması;

- 2 ha ərazidə direktorun şəxsi məqsədlərlə arpa-yonca əkdirməsi;

- Türklər qəsəbəsindən şagirdlərin məktəbə daşınması üçün müəllimlərdən 600 manatın yığılması və 300 manatının direktor tərəfindən mənimsənilməsi;

- Məktəb ərazisində bilərəkdən qanunsuz su xəttlərindən istifadə edilməsi;

- Yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi;

- Qazanxana işləri adı altında 1200 manat pulun müəllimlərdən yığılması, eləcə də bufet, ayaqyolu və sair məsələlərə dair bəzi məlumatlar həqiqəti tam əks etdirmir. 

Yuxarıda sadalananlar və Gəncə şəhər 3 nömrəli tam orta məktəbin bütün kollektivi "Demokratik.Az" saytında yayımlanmış bu kimi məlumatları "TƏKZİB" edir.

 

Demokratik.Az      

 

 

Oxşar xəbərlər