Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:41 - 16.12.2018  
Ombudsmanın əmək haqqı ilə necə yaşamaq olar?
Tarix: 29-11-2018, 11:04 | Bölmə: ---

12 nəfərin minimum yaşam, 22 nəfərin minimum ərzaq xərclərini qarşılamaq, yaxud....

Ombudsmanın əmək haqqı ilə necə yaşamaq olar?Azərbaycanda hansısa yüksək vəzifəli şəxslərin, məmurların, deputatların  əmək haqqının artırılması istər-istəməz cəmiyyətdə qıcıq yaradır, geniş müzakirələrə səbəb olur. Bir qayda olaraq, insanlar bu kimi hallarda sıravi vətəndaşların gəlirləri ilə müqayisədə yüksək olan əmək haqqı bir qədər də artırılan şəxslərin gəlirlərini müqayisə edirlər.

İki gün əvvəl Milli Məclis tərəfindən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) maaşı artırılıb. Parlamentin  "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Qanunun 16-cı maddəsinə (Müvəkkilin sosial, maliyyə və digər təminatları) etdiyi dəyişikliyə görə, müvəkkil 2230 manat məbləğində aylıq əmək haqqı alacaq. Hazırkı qanunvericilikdə isə belədir: "Müvəkkil 2025 manat məbləğində aylıq əmək haqqı alır”.

Beləliklə də, ombudsmanın əmək haqqı 205 manat artırılıb.

Qeyd edək ki, hazırda Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) 81 yaşlı Elmira Süleymanovadır. Onun səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb. Yeni ombudsmanın seçilməsi ilə bağlı layihənin parlamentin 2017-ci il payız sessiyasında müzakirəyə çıxarılması gözlənilirdi. Ancaq yeni ombudsman seçkisi təxirə düşdüyündən Elmira Süleymanova hələ ki fəaliyyətini davam etdirir. O, iki dəfə 2002 və 2010-cu illərdə ombudsman seçilib. Qanunvericiliyə əsasən onun 3-cü dəfə ombudsman seçilmək hüququ yoxdur.

2230 manat aylıq əmək haqqı ilə E.Süleymanova nələr edə bilər, yaxud necə dolana bilər? Suala cavab tapmazdan öncə qeyd edək ki, 2018-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 540,5 manat təşkil edib. Bu isə o deməkdir ki, ombudsmanın maaşı ölkə üzrə orta nominal əmək haqqından 4 dəfə yuksəkdir. Bu maaşla ombudsman ölkənin təhsil işçilərindən 7-8, səhiyyə işçilərindən isə 10 dəfəyə yaxın yaxşı yaşaya bilər. Ölkə üzrə minimum əmək haqqının 130 manat olduğunu nəzərə aldıqda, aydın olur ki, ombudsmanın maaşı bu məbləğin 17,1 qatına bərabərdir.

E.Süleymanovanın 2230 manatlıq maaşı ölkə üzrə 2018-ci il üçün müəyyən olunmuş 173 manat yaşayış minimumundan 12,8 dəfə, 2019-cu il üçün olan yaşayış minimumundan (180 manat) isə 12,3 dəfə yüksəkdir.

Yaşayış minimumu bir nəfəri bir ay ərzində mövcud olması üçün lazım olan ərzaq, qeyri-ərzaq məhsulları və xidmətlərin minimum toplusudur. Nazirlər Kabinetinin müəyyən etdiyi bu topluya ərzaq mallarından çörək və çörək məhsulları, kartof, tərəvəz və bostan məhsulları, meyvə və giləmeyvə, ət və ət məhsulları, süd və süd məhsulları, balıq və balıq məhsulları, yumurta, şəkər və qənnadı məmulatları, bitki yağı, marqarin və digər piylər, kərə yağı və digər məhsullar , qeyri-ərzaq mallarından palto tipli üst geyimləri qrupu, kostyum tipli üst geyimləri, alt geyimləri, corab məmulatları, baş geyimləri və xırdavat məmulatları, ayaqqabı, məktəb-yazı ləvazimatları, yataq ləvazimatları, mədəni məişət və təsərrüfat malları, ilkin tələbat və sanitariya əşyaları, dərmanlar, xidmətlərdən isə mənzil - kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni - maarif, müalicə - istirahət xidmətləri və digərləri daxildir.

Rəsmi statistikaya görə, bu ilin yanvar-oktyabrında Azərbaycan əhalisi son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,8 faizini ərzaq məhsullarının,  4,3 faizini içkilər və tütün məmulatlarının, 18,4 faizini toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizini elektrik malları və mebellərin, 5,8 faizini avtomobil yanacağının, 1,4 faizini əczaçılıq və tibbi malların, 0,7 faizini kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,4 faizini isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf edib.

İnkişaf etmiş ölkələrdə xərclərin strukturunda ərzaq xərclərinin payı 12 faizdən yüksək olmaması nəzərə alınır. Əhalinin illik gəlirlərinin ABŞ-da 6,8 faizini, İrlandiyada 7 faizini, Sinqapurda 8,1 faizini, Böyük Britaniyada 9 faizini, Kanadada 9 faizini, Almaniya, Hollandiya və Danimarkada 11,4 faizini, İsveçrədə 11,6 faizini, Finlandiyada isə 12,1 faizini ərzağa xərcləyir.

Azərbaycanlı eskpertlərin hesablamalarına görə isə əhali gəlirlərinin 60 faizdən çoxunu ərzaq məhsullarına xərcləyir.

Ötən il İqtisadi Tədqiqatlar Mərkəzi tərəfindən aparılan hesablamalar göstərib ki, ərzaq məhsullarına yönələn xərclərin əmək qabiliyyətli əhali üçün yaşayış minumunun dəyərində payı 58 faiz, pensiyaçılar üçün yaşayış minumunun dəyərində payı 67 faiz, uşaqlar üçün yaşayış minumunun dəyərində payı 61 faiz təşkil edir.

Bu il üçün 173 manat olan ölkə üzrə yaşayış minimumunun 58 faizi 100,3 manat edir. Bu isə o deməkdir ki, Ombudsmanın aylıq əmək haqqı ilə 22 nəfərin minimum ərzaq xərclərini qarşılamaq mümkündür.

Nəzərə almaq lazımdır ki, ombudsmanın nəqliyyat xərcləri dövlət tərəfindən qarşılanır. Yəni maaşından bu istiqamətə vəsait xərcləmir.

Ombudsmanın pensiya yaşında olduğunu nəzərə alsaq, onun əmək haqqının ölkə üzrə orta aylıq pensiya məbləğinə nisbəti də maraq doğurur. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, bu il oktyabrın 1-nə Azərbaycanda orta aylıq pensiya məbləği 221,1 manat təşkil edib ki, bu da ombudsmanın əmək haqqından 10 dəfə aşağı bir məbləğdir. E.Süleymanovanın maaşı cari ildə ölkə üzrə pensiyaçılar üçün müəyyənləşdirilmiş yaşayış minimumundan (144 manat) 15,5 dəfə, gələn il üçün nəzərdə tutulandan (149 manat) isə15 dəfə yüksəkdir.

Beləliklə, aydın olur ki, ombudsmanın əmək haqqı ilə 12 nəfərin minimum yaşam şərtini təmin etmək, yaxud 22 nəfərin minimum ərzaq xərclərini qarşılamaq, yaxud 10 nəfərə orta pensiya məbləğini və ya 17 nəfərə minimum əmək haqqını ödəmək mümkündür. /Y.M/

Xəbər 296 dəfə oxunub






Oxşar xəbərlər

Türkiyə Hərbi Hava Qüvvələri 7 terrorçunu məhv etdi
Qarabağda iki erməni əsgəri ağır yaralandı
Çindən Azərbaycana karqo qaydaları dəyişdi
“İslamın 1400 illik çatı” - Səudiyyə ilə İran nüfuz savaşında
Millət vəkili Mübarizə "qatil" deyən psixoloqu YIXIB-SÜRÜDÜ
Ramiz Rövşən Allahın Yer üzünə sevgi məktubudur...
Meksika Prezidenti evtanaziyanı dəstəkləyib
“Azərkosmos” rəsmisi dünyaya işsizliyin gəldiyini dedi
AMEA işçiləri bağ-bostan əkəcəklər
İlyas İsmayılov: - “Ölkə göstərişlərlə idarə olunur”
İnqilab illüziyası müxalifəti rahat buraxmır
Eldar Mahmudov şərikinin ifadəsi ilə həbs edə bilər
Yeni ABŞ səfiri Bakıya nə vaxt gələcək?
Azərbaycanla Aİ saziş imzalamağa yaxınlaşıb
İran-İsrail qarşıdurması müharibəyə çevriləcəkmi?
Qarabağ danışıqlarında “tilsimi” kim qıracaq?
Deputat Kamran Nəbizadə sərxoş halda dava saldı
Xələf Xələfov “diplomat”ını niyə məmur “çanta”sına dəyişdi (?)
Bürclər – 15 dekabr
Ərdoğanla Tramp arasında razılaşma əldə olundu
Prezident onlara general rütbəsi verdi (SİYAHI)
Tramp soyadını dəyişmək istəyir
"Maşın Şou"da səsverməni Murad idarə edir - SƏSYAZISI
Pensiya yaşı növbəti dəfə artırıldı – Cədvəl
Mafioz, xeyriyyəçi yoxsa siyasi OYUNBAZ?! – Elkaponenin növbəti ucuz və şübhəli reklam tryuku…
Azərbaycanda yeni dövlət qurum yarandı (FƏRMAN)
Ruhi: “Gəldiyimi eşidən kimi Sibel Can məni..”
Londonda “sarı jiletlilər” “Vestminstr körpüsü”nü bağlayıb
Prezident Türkiyənin xarici işlər nazirini qəbul edib
Eldar Əzizovun qardaşına yüksək vəzifə verildi
Xətainin icra başçısı vəzifədən çıxarılıb - DOSYESİ
Şaxta babalar əlbəyaxa oldular - VİDEO
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Qız qaçıran şəxsin şikayəti rədd edildi və həbsdə qaldı
Sülhəddin Əkbər Elçibəy hakimiyyətinin səhvlərindən danışdı
Prezident Fəxri xiyabanda: "Heydər Əliyevin vəfatının 15-ci ili"
Emin Ağalarovu xanımı belə təbrik etdi - FOTO
Bu il dünyasını dəyişən tanınmışlar (SİYAHI)
"Qarabağ" Londonda "Arsenal"ın qonağı olacaq
Asəf Məmmədovun intihar xəbəri yalan çıxdı
Çin İranla nüvə sazişinin saxlanmasının tərəfdarıdır
Ulduz falı: 13 dekabr
Model plastik əməliyyatlara 1 milyon xərcləyib
BDU-da anım mərasimi - Abel Məhərrəmov çağırılmadı
İbrahim Mehdiyev danışdı - “bu xəbərin əsası yoxdur”/ ÖZƏL
Tereza Mey Britaniyanın baş naziri vəzifəsində qalıb
Adi xörək duzu bu xəstəlikləri müalicə edir
Arif Əsgərovu ayağından asmaq çağırışı
Bakıda lüks butikdən oğurluq - VİDEO
Jirinovski artistləri tənqid edib: "Axı nə qədər olar?"
Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı (VİDEO)
Ermənistana gedən maşınlar yolda qalıb
Əli Həsənov: "Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq"
İlham Əliyev sərəncam imzaladı
Erməni politoloqun Elçibəylə bağlı bənzətməsinə sərt reaksiya
ABŞ kanadalı sabiq diplomatın Çində tutulmasından narahatdır
Qarabağ Komitəsini niyə “sıxırlar”?
Naxçıvanda şok - İşdən çıxarılan baş nazir müavini intihar etdi!
Mərhum Heydər Əliyevin vəfatından 15 il ötür
“Görüşənə qədər...” – Deputatdan Heydər Əliyev haqda təsirli yazı...
Ucarda bir ailə kömək istəyir - EVLƏRİ UÇUB
“Özümü dənizə atıb öldürmək istəmişəm” - Nazpəri Dostəliyeva
Bakıda "BMW" yandı - VİDEO
İşçilərin sayı artdı – Maaş 540 manata çatıb
Eldar Əzizov Atatürk parkını niyə “şumlayır”? - Açıqlama
“İnşaat Konstruksiyaları” MMC barədə CİNAYƏT İŞİ BAŞLANDI – Rəsmi
AVRO-2021-in seçmə mərhələsinin püşkü atılacaq
"iPhone"un Çində satışına qadağan qoyulub
Astarada qatar 28 yaşlı gənci vuraraq öldürüb
Köçəryanın vəkili azərbaycanca danışdı: “Bilmirəm”

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.16309] initstartout [0.00017] initstartin [0.00089] calstart [0.01480] calend [0.00060] topnewsend [0.00441] rsssend [0.00000] ehgend [0.03267] tagsstart [0.00072] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10878]