Demokratik TV
Xəbər lenti
Milli Məclis yeni gündəmi - Yeni Ombudsman kim olacaq?
- 04 yan 2018, 14:47
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) seçilməsi ilə bağlı məsələ Milli Məclisin iclasına çıxarılacaq.
Demokratik.Az-ın məlumatına görə, Ombudsman postuna yeni namizədlərlə bağlı qərar layihəsinin müzakirəsi Milli Məclisin 2018-ci il yaz sessiyasında müzakirə ediləcək.
Qeyd edək ki, hazırda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovadır. Onun səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb. Yeni Ombudsmanın seçilməsi ilə bağlı layihənin parlamentin 2017-ci il payız sessiyasında müzakirəyə çıxarılması gözlənilirdi. Ancaq yeni Ombudsman seçkisi təxirə düşdüyündən Elmira Süleymanova hələ ki fəaliyyətini davam etdirir. O, iki dəfə 2002 və 2010-cu illərdə Ombudsman seçilib.
Qanunvericiliyə görə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisə yeni Ombudsmanın seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində yeni müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.
Demokratik.Az

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Yeni Ombudsman və ya Elmira Süleymanova müəmması - onu əvəz edən tapılmır?
Yeni Ombudsman kim olacaq?
Yeni ombudsman kim olacaq? üç namizəd var
Elmira Süleymanova illik hesabata hazırlaşır
Yeni ombudsmanın kim olacağı gündəmə gəlir
Azərbaycanda "İnsan hüquqları aylığı" keçiriləcək
Ombudsman ABŞ səfirini qəbul edib
Ombudsman şəhid ailələrinə baş çəkdi
Azərbaycanda “İnsan hüquqları aylığı” keçiriləcək
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti