Yeni Ombudsman kim olacaq?

  • 09 mart 2017, 20:37

 

Yeni Ombudsmanın kim olacağı gündəmə gəlir.

"Demokratik.Az" bildirir ki, Ombudsmanın - Elmira Süleymanovanın 2-ci səlahiyyət müddəti artıq bitib. Azərbaycanın insan hüquqları üzrə xanım müvəkkilinin üçüncü müddətə bu vəzifəyə yenidən namizədliyinin irəli sürülüb-sürülməyəcəyi isə inandırıcı səslənmir. Xatırladaq ki, xanım Sükeymanova özü buna hələ ötən ilin dekabrında münasibət bildirmişdi. APA-ya danışan E. Süleymanova bu məsələ ilə bağlı qərar gözlədiklərini, hələlik hər hansı qərara gəlinmədiyini demişdi.

E. Süleymanova ikinci müddətə 2010-cu ilin martında insan haqları üzrə müvəkkil seçilib. Ombudsmanın səlahiyyət müddəti 7 ildir. Bir müddət sonra yeni Ombudsmanın kim olacağına dair hələlik kəsin fikir söylənilmir.Qanunvericilikdə qeyd edilib ki, müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

Qeyd edək ki, Milli Məclisin martın 7-də keçirilən plenar iclasında deputatlar ombudsmanın 2016-cı il üzrə illik məruzəsini sərt tənqid ediblər. Bu isə Azərbaycana yeni Ombudsmanın gələcəyinə iddiaları gücləndirir.

 

Demokratik.Az

Oxşar xəbərlər