Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:11 - 18.10.2019  
Düşmənə seçki sürprizi, Astana fiaskosu, Bakının gizli “əli”
Tarix: 12-11-2018, 09:20 | Bölmə: ---

Azərbaycan Ermənistanın təmsil olunduğu hərbi blokda da onu sıxışdırır və təkləyir - mühüm gəlişmə; Qarabağ və Naxçıvan istiqamətində hərbi əməliyyatlar başlasa...; erməni siyasətçi: "Paşinyan Ermənistanın mövqelərini zəiflədir”

Düşmənə seçki sürprizi, Astana fiaskosu, Bakının gizli “əli”Ötən həftənin yadda qalan siyasi olaylarından biri də noyabrın 8-də Astanada keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT - "Rus NATO-su”) sammiti hesab edilə bilər. Ən çox diqqət çəkən isə toplantıda Ermənistan Ermənistanın, faktiki, təklənmiş duruma düşməsi oldu.

Rusiya mediasının yazdığına görə, sammitdə hətta erməni baş nazir əvəzi Nikol Paşinyanla Belarus prezidenti Aleksandr Lukaşenko arasında mübahisə yaşanıb. Məsələ ondadır ki, Paşinyan Astana sammitində KTMT baş katibliyinə həmin vəzifədən kənarlaşdırılmış Yuri Xaçaturovun yerinə digər ermənini - sabiq müdafiə naziri Vaqarşak Arutyunyanı keçirmək, quruma rəhbərliyi öz əlində saxlamaq istəyirdi.

Sirr deyil ki, işğalçı ölkə bu posta Qarabağ məsələsində Azərbaycan üzərində psixoloji üstünlük şansı kimi baxır. Xüsusən də müharibə variantında, o sırada Naxçıvan istiqamətində hərbi toqquşma variantında "Rus NATO-su”nun başında erməninin durması İrəvan üçün az önəm kəsb eləmir.

Ancaq artıq məlumdur ki, Paşinyanın istəyi daşa dəyib. Çünki təkcə Belarus deyil, qurumun əsas üzvlərindən olan Qazaxıstan da buna qarşı olub. Nəhayət, Rusiya lideri Vladimir Putinin də Nikol Paşinyana bəlli münasibəti səbəbindən rəsmi İrəvanın arzusu gözündə qalıb. Görünür bu və digər səbəbdən Astanada baş katib məsələsinin müzakirəsi nəzərdə tutulan 1.5 saat əvəzinə 3 saat çəkib.

*****

Düşmənə seçki sürprizi, Astana fiaskosu, Bakının gizli “əli”

Əslinə qalsa, erməni tərəfi bu nəticəni öncədən haqq eləmişdi. Çünki "Rus NATO-su”nun erməni baş katibinə qarşı Moskva ilə məsləhətləşmə aparmadan cinayət işi qaldırmaqla Paşinyan Kremldə, Putundə qəzəb yaratmış, eyni zamanda, Putinin layihəsi olan bir qurumun imicinə, daha dəqiq, Putinin nüfuzuna zərbə vurmuşdu. Bunun ardınca heç nə olmayıbmış ki, Ermənistanın yenidən öz namizədinin baş katib postu tutmasında israr eləməsi məntiqsiz olmaqla bərabər, KTMT-nin aparıcı üzvlərini - Rusiyanı, Qazaxıstanı və Belarusu ələ salmaq kimi çıxırdı.

Bəzi şərhçilərə görə, Belarus və Qazaxıstan liderləri sammitdə həm də Azərbaycanın mövqeyindən çıxış edib, Bakının  da "sözünü” deyiblər. Bu yerdə vurğulayaq ki, Belarus Azərbaycanın mühüm silah tədarükçülərindən, Qazaxıstan isə Belarus kimi Qarabağ məsələsində daima ədalətli mövqe tutan bir türkdilli, dost və tərəfdaş ölkədir.

Ermənistan həmçinin, baş katib vəzifəsində Bakı Ali Hərbi Məktəbinin məzunu, Azərbaycanın hərbi rəhbərliyi ilə geniş əlaqələrə malik olan general Stanislav Zasyanın namizədliyinin irəli sürülməsindən narahat idi. Ancaq necə deyərlər, olan-oldu: Minsk, Moskva və Astana İrəvanın məkrli arzusunu boşa çıxardı, ona yerini göstərdi, işğalçı ölkə üçün ən pis varianta üstünlük verdi. Qərara alındı ki, KTMT-yə 2020-ci ilədək baş katiblik əlifba sırası ilə Belarusa keçsin, Ermənistanın istifadə eləmədiyi il yarımlıq baş katiblik də Belarus təmsilçisinə həvalə olunsun. Mövzu artıq bitmiş kimi olsa da, qərara alınıb ki, baş katiblə bağlı son qərar qurumun 6 dekabrda Sankt-Peterburqdakı görüşündə verilsin.

Beləliklə, Astana sammiti, faktiki, Bakının diplomatik uğuru və düşmən tərəf üzərində psixoloji üstünlüyü, İrəvanın isə siyasi fiaskosu ilə yadda qaldı. Belə qənaət hasil oldu ki, Azərbaycan artıq Ermənistanın üzv olduğu hərbi blokda da onu sıxışdıra və təkləyə bilir. Bu da ötən həftənin önəmli gəlişmələrindın sayıla bilər. Qarabağda hərbi əməliyyatların başlayacağı təqdirdə bu faktor az önəm kəsb etməyəcək. Bundan əlavə, Astanada KTMT-yə müşahidəçi və tərəfdaş ölkələrin statusu barədə də qərar qəbul olunub. Azərbaycan müşahidəçi statusu alarsa, quruma üzv olmadan orada daha təsirli söz sahibinə çevrilə bilər...

*****

"Nikol Paşinyan Ermənistanın mövqelərini zəiflədir”. Bu bəyanatı Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov verib (axar.az). "8 noyabr keçdi və Ermənistan KTMT-də baş katib deyil. Bir şey aydındır ki, Paşinyanın idarəçiliyi dövründə Ermənistan qətiyyətlə öz təhlükəsizlik mövqelərini əldən verir. Artıq açıq bəyan edilir ki, bu vəzifə Belarusa keçəcək. Bu, Paşinyan hökumətinin növbəti uğursuzluğudur. Cənab baş nazir, korrupsiya ilə mübarizə aparmaq olar, amma bunu Ermənistan və Qarabağın təhlükəsizliyi hesabına etməyin. Əliyev yenidən ərazilərin qaytarılmasından, Ermənistan tərəfdən güzəştlərdən, Qarabağın Azərbaycana aid olmasından danışdı. Mən sizin reaksiyanızı gözlədim, amma susqunluqla qarşılaşdım”, - deyə o bildirib.

Söz yox ki, KTMT-yə rəhbər şəxsin seçilməsi məsələsində Rusiya prezidentinin iradəsi həlledicidir. Ayrı sözlə, "Yeni Müsavat”ın öncədən proqnoz elədiyi kimi, Putin KTMT-nin Astana sammitində İrəvana həqiqətən pis sürpriz elədi. Bu da hamısı deyil. İş ondadır ki, dekabrın 9-da Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Hansı seçkilər ki, qərbyönlü Paşinyan və komandası üçün xüsusi önəm daşıyır. Səsvermə günündən cəmi 3 gün qabaq - dekabrın 6-da "Rus NATO-su”na Bakıda hərbi təhsil almış, Azərbaycana simpatiyası olan belarus generalın təsdiqlənməsi isə Paşinyan üçün seçkiöncəsi növbəti pis sürpriz olacaq.

Əlavə edək ki, gələn ay həm də Rusiya Ermənistana satdığı təbii qazın satış qiymətinə yenidən baxmağa və onu qaldırmağa hazırlaşır. Bunu həmçinin imzalanan ikitərəfli müqavilənin vaxtının bitməsi ilə izah edir. Yəni Putin "qaza” basmaqla da İrəvana sürpriz edə bilər - bu dəfə seçkilərdən az sonra. Güman ki, Rusiya qazla bağlı yekun qərarını Paşinyanın 9 dekabrdan sonra xarici siyasət oriyentasiyası ilə bağlı hansı mövqe sərgiləyəcəyi əsasında verəcək...

"Yeni Müsavat”ın analitik xidməti

Xəbər 1120 dəfə oxunub






Oxşar xəbərlər

12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)
QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
Azərbaycana böyük Qarabağ dəstəyi gəldi
Zümrüd Yağmur yazdı: " O xoruza sayğı duymaq..."
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
"Türkün tarixi əzəməti Nazarbayevin NİTQİ İLƏ
SOCAR-ın Türkiyədəki layihələri: Azərbaycanın qazancı nədir?
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
GDU-nun diplomsatan kafedra müdiri həbs edildi
Göygöl DYP-yə yeni rəis təyin olunub
ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır
Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı
İlham Əliyev Ərdoğanla görüşdü – FOTO
Erməni xalqının üstündəki silinməz ləkələr - Xocalıdan Njdeyə kimi...
İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb
Ərdoğan Azərbaycandadır - FOTOLAR (YENİLƏNİB)
Qırğızıstan Prezidenti Azərbaycandadır - FOTO
Ərdoğan Bakıya gəlir
Ərdoğan: "NATO bizə cavab verə bilmir"
Samux PŞ-yə yeni rəis müavini təyin olunub
Yunis Səfərovun silahdaşlarına hökm oxunub
İlham İsmayıl: “Terror riski Azərbaycanda xeyli azalıb”
Afaq yenə "soyundu" – FOTO
Bakının israrı - İrəvanda cəlladın heykəli söküləcəkmi?
Naxçıvanlı iş adamı Moskvada baltalandı: VİDEO
Abbas Abbasovun oğlu kriminal avtoritetlə görüntüləndi
Bakıda iki oğlanın nişanı oldu - Üzük taxıb öpüşdülər
Elton ölkədən getdi: Şərəfsizlər, didin bir-birinizi...
PKK lideri Karayılan ABŞ-a müraciət etdi
Hollandiyalı hakim yığmamızdan üzr istədi
Fövqəlnazir 3 rayonun icra başçısını Bakıya çağırdı
Polşada parlament seçkilərində Kaçinskinin partiyası qalib gəlib
Vasim Məmmədəliyev vəfat edib
Prezident: "Bizim cəmiyyətimizdə kasıblar olmamalıdır"

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.38035] initstartout [0.00029] initstartin [0.00153] calstart [0.01696] calend [0.00078] topnewsend [0.00886] rsssend [0.00000] ehgend [0.03508] tagsstart [0.00090] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.31589]