ABŞ-ın "Texas A&M" Universitetinin əməkdaşları ADAU-ya gəldi

  • 16 avq 2018, 18:06
 
 
 
 
 
 
 
 
 
 
 

 
ABŞ-ın Texas A&M Universitetinin əməkdaşları ADAU-ya gəliblər. Bu barədə "Demokratik.Az"-a ADAU-nun prorektoru Anar Hətəmov məlumat verib.

Prorektorun sözlərinə görə, ADAU-nun qonaqları ABŞ-ın Texas A&M Universitetinin professorları Steven Hauge və McCrockle,"AqroMərkəz” təşkilatının nümayəndəsi Üzeyir Topçubaşovdur. Qonaqları Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov səmimiyyətlə qəbul edib. Qonaqlarla görüşdə universitetlərarası əlaqələrin inkişafı, tələbələrin mübadiləsi, pambıqçılıq sahəsində birgə layihələrin yerinə yetirilməsi məsələlərini müzakirə olunub. Hələlik əməkdaşlığın ilkin mərhələsi kimi ADAU-nun bir qrup tələbəsinin göndərilməsi barədə razılığa gəlinib.

Demokratik.Az

Oxşar xəbərlər