"Zaranın Bakıya gəlişi hakimiyyətə qarşı təxribatdır" - Deputat

  • 28 iyul 2018, 19:19

Demokratik.Az bildirir ki, artıq bir həftədən artıqdır ki, Azərbaycan ictimaiyyəti erməni-kürd əsilli rusiyalı müğənni Zara Mqoyanın 26-29 iyul tarixində Bakıda keçiriləcək "Jara-2018” adlı festivalına gətirilməsini müzakirə edir. Sosial şəbəkə istifadəçiləri antiAzərbaycan mövqeyi ilə seçilən müğənniyə qarşı təhqirlər yağdıraraq öz etirazlarını bildirirlər. 

Mövzuya münasibətini bildirən deputatlardan biri də BAXCP sədri Qüdrət Həsənquliyev olub. Deputat Zaranın Bakı səfərini hakimiyyətə qarşı təxribat olduğu düşüncəsindədir. Moderator.az-a açıqlama verən deputatın fikrincə, Zara Azərbaycana heç də öz xoşuna gəlməyib, məqsədli şəkildə, bilərəkdən Bakıya göndərilib.

Sitat: "İşğalçı ordunun əsgərləri ilə şəkil çəkdirən, Ermənistanı tərifləyib, işğalı pisləməyən qadının Bakıya göndərilməsi son zamanlar baş verən hadisələrin davamıdır və iqtidarın ictimai dayaqlarının sarsıdılması üçün edilir. Sözsüz ki, siyasətdən uzaq təşkilatçı artistlər bunun fərqinə vara bilməz. Digər rəsmilər isə qorxularından reaksiya verə bilməyiblər” – deyə Qüdrət Həsənquliyev bildirib.

Demokratik.Az

Oxşar xəbərlər