Qüdrət Həsənquliyev də Əbülfəz Elçibəyin məzarını ziyarət edib

  • 24 iyun 2016, 18:00
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin üzvləri, rayon təşkilatlarının sədrləri və Ali Məclis üzvləri milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər.

Fəxri Xiyabanda Əbülfəz Elçibəyin ildönümü ilə bağlı keçirilən aksiyada BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Elçibəyin Azərbaycan tarixində oynadığı mühüm roldan danışıb: "Əbülfəz Elçibəy xalqını, millətini, dövlətini və vətənini təmənnasız sevən, Azərbaycan siyasətinə təmizlik və dürüstlük gətirən bir siyasət adamı idi. Onun ideyalarını BAXCP olaraq biz bu gün də yaşadırıq və yaşadacağıq. Əbülfəz Elçibəyin xatirəsi hər zaman əziz tutulacaq və ehtiramla anılacaq".
Demokratik.Az
Oxşar xəbərlər