"Zara kürddür və" - Emin Ağalarov "Jara"-ya narazılıqdan danışdı

  • 27 iyul 2018, 20:32

"Zaranın Bakıya gəlişində neqativ görənlərin öz fikri var"

"Jara” festivalının təşkilatçısı Emin Ağalarov Rusiyanın əməkdar artisti Zaranın Bakıya gəlməyi məsələsinə münasibət bildirib.

Xəbərə görə, Emin festivalın açılışı münasibətilə təşkil olunan mətbuat konfransında bildirib ki, buna münasibəti çox sadədir: "Zara kürddür. Bu işdə neqativ görənlərin öz fikri var. Musiqi festivalı müsbət emosiya deməkdir. Mən bunun belə olmasını istəyirəm”.

Qeyd edək ki, sosial şəbəkələrdə Zaranın erməni əsilli olması və Bakıya gəlişinin doğru hesab edilməməsi haqda fikirlər səslənirdi. (Qafqazinfo)

Oxşar xəbərlər