Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

08:28 - 25.06.2018  
Əhmədzadənin oğlu Qaxdakı 30 hektar ərazini necə ələ keçirib?
Tarix: 22-02-2018, 22:51 | Bölmə: ---

Əhmədzadənin oğlu Qaxdakı 30 hektar ərazini necə ələ keçirib?

Qax rayonunun ölkəmizin dilbər guşələrindən biri olduğu, bu səbəbdən yerli və əcnəbi turistlərin tez-tez üz tutduğu məkana çevrildiyi hər kəsə məlumdur. O da məlumdur ki, belə rayonlarımızda torpağa tələbat və bunun nəticəsi olaraq, ona qoyulan qiymət kifayət qədər yüksəkdir. Və bunu bizlərdən daha yaxşı bilənlər də var ki, onların da başında Qax rayonunun İcra Hakimiyyəti və bələdiyyəsi durur…

Yerli sakinlərin azpolitika.info-ya verdikləri məlumata görə, Qax rayonunun ən görməli və kifayət qədər bahalı ərazisində, rayon mərkəzinin yaxınlığında – Kümrük çayının kənarındakı camaatın uzun illər istifadə etdiyi, böyük fındıq bağları saldığı torpaqlar əllərindən alınaraq, hansısa ”Muğal” şirkətinə verilir. Camaata paylanan xəbərdarlıq bildirişində göstərilir ki, əhali öz əli ilə bağların ətrafındakı hasarları sökməli və bircə ağaca da dəymədən, ərazini sözügedən şirkətə təhvil verməlidir. Buna əsas olaraq, torpaqların hələ 2012–ci ildə (!) həmin bu şirkətə verildiyi göstərilir. Hansı ki, həmin ildən bu günə qədər əhaliyə bununla bağlı heç bir məlumat verilməyib və bu şirkət 6 ildən sonra peyda olaraq, əraziyə sahib çıxmağa başlayıb.

Onu da qeyd edək ki, bu ərazidə bağlar hələ keçmiş SSRİ dövründə salınmağa başlayıb, camaat illərlə minbir əziyyət və xərc çəkib, fındıq topaları və başqa ağaclar əkib. Çətin sosial durumda olan əhalinin bir qismi öz dolanışığını məhz bu bağlardan çıxarır. Bununla yanaşı, vətəndaşlar dəfələrlə yerli orqanlara həmin bağların sənədləşdirilməsi üçün müraciət etsələr də, buna məhəl qoyan olmayıb. Və nəhayət, bağlar məhsul verməyə, gəlir gətirməyə başlayanda, hardansa ”Muğal” adlı şirkət peyda olub. Necə deyərlər, "hazıra-nazir” çıxıblar. İndi Qax Bələdiyyəsi və "Muğal” şirkəti heç bir konpensasiya-filan ödəmədən, bu ərazini camaatın əlindən alır.

Bələdiyyə sədri də bacanaq çıxdı…

Artıq bəzi bağların sözügedən bələdiyyə və şirkət tərəfindən sökülərək, zəbt olunmasına başlandığı da məlumdur. Tərəfimizdən bu şirkətin kimə məxsus olduğu barədə araşdırma aparılıb. Məlum olub ki, "Muğal” MMC «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədriƏhməd Əhmədzadənin oğlu, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun kürəkəni Cuma Əhmədzadəyə məxsus şirkət kimi tanınır. Yeri gəlmişkən, bu məmur oğlunun "ALPS s.r.o.”, "GYUNEL LİMİTED”, "GLOBALLY LTD”, "Advisors CO.”, "Proyekt”, "Uluyurd” MMC şirkətlərinin də sahibi olduğu bildirilir.

Bələdiyyə sədri Eyvaz Orucovun imzası ilə camaata paylanan bildirişdə göstərilir ki, bu ərazidə "Muğal” MMC tərəfindən tikinti işləri aparılacaq. Güman olunur ki, burada otel və əyləncə mərkəzləri tikiləcək.

Ümumiyyətlə, Əhməd Əhmədzadənin böyük biznes şəbəkəsinə malik olduğu barədə mətbuatda dəfələrlə yazılar dərc olunub. Və görünür Kümrük çayının rayon mərkəzindən keçən hissəsinin kənarı da tezliklə bu biznes imperiyasının tərkib hissəsinə çevriləcək.Burada təqribən 30 hektara yaxın ərazi olduğu bildirilir ki, bu da pula çevirdikdə, olduqca böyük məbləğ deməkdir. Artıq ərazinin bir hissəsi hasarlanmağa da başlayıb.

qax02

Söhbət bələdiyyə sədrindən düşmüşkən qeyd edək ki, o da yad biri deyil, elə həmin Əhmədzadənin adamı sayılır. Belə ki, Eyvaz Orucovun Əhməd Əhmədzadənin qardaşı Mübariz Əhmədzadənin bacanağı olduğu bildirilir. Mübariz Əhmədzadə isə öz növbəsində Zaqatala rayonunun icra başçısıdır.

Göründüyü kimi, ata, qardaş, oğul, bacanaq… Beləliklə, bir ailə onlarla ailənin dolanışıq yerini əlindən almış olur. Vəzifə və səlahiyyətlərindən istifadə edərək, gəlir əldə edilməsi isə açıq-aşkar korrupsiya halıdır. Burada da hər şey göz qabağındadır, korrupsiyanın buynuzumu olmalıdır? Yəqin ki, olmalıdır – o da Qaxın girəcəyində qoyulmuş böyük keçi heykəlində var…

P.S. Bəs, dəyəri hər halda milyonlarla ölçülən sözügedən ərazini 2012-ci ildə "Muğal” şirkətinə (Cuma Əhmədzadəyə-red.) kim, hansı qanuni əsasla və neçəyə satıb? Bu suala bələdiyyə sədri Eyvaz Orucovla birlikdə aydınlıq gətirmək istəsək də, o, telefonu açmadığından cəhdimiz baş tutmadı..

"Demokratik.Az"-da hər kəsin söz haqqı var!

qax01qax03qax04qax05qax06


 
Xəbər 902 dəfə oxunub






Oxşar xəbərlər

Göygölün icra başçısı oğluna toy edir - Bakıda
Putin və Tramp iyulun 15-də Vyanada görüşəcək
Oğlu həbs olunan səfirimizin QALMAQALLARI: - Rus qızlara “padxod”, təcüvüz
İskəndər Həmidovun mərhum qardaşı: "Mənə dəli deyənlər özləri səydir!" - VİDEO
Elçibəy... - 80
Türkiyədə 11 PKK üzvü saxlanılıb - seçki təxribatı
Bu fotolar Rusiyada rezonans doğurub
BİABIRÇILIQ! - Xırdalanda Əfqan Şəhidliyi dağıdılıb (VİDEO)
Nazir Yavər Camalov vəfat etdi
Qüdsi Osmanov oğlunun həbsini təsdiqlədi
QHT Şurasının 10 illik yubileyi münasibətilə tədbir keçirildi
Ağdam Musiqi Kollecinin direktoru yol qəzasına düşüb
Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır"
Əli Həsənov: "Azərbaycanda azad media formalaşıb"
Ərdoğan nazirliklərin sayını AZALDACAQ - özü AÇIQLADI
“Günay Bank”ın keçmiş sədr müavininin saxlanmasının bəzi TƏFƏRRÜATLARI
Məmurların maaşını artırmaq TƏKLİF OLUNDU
“Dövlət büdcəsindən insan inkişafına az vəsait ayrılır”
Rza Zərrab qoltuq ağacı ilə Nyu-York küçələrində... - FOTOLAR
Müdafiə xərcləri 2,9 milyard manata qaldırılır
Sirkdə fil və dəniz şirlərinin çıxışı qadağan edildi
Mağazadan oğurluğu - şübhəli şəxs saxlanılıb
“Oğlum yaxşı kişi olsaydı, arvadı qaçmazdı”–Əli Mirəliyev –VİDEO
77 il öncə... – Stalinin inanmaq istəmədiyi həqiqət
Tramp milli təhlükəsizlik üzrə müşavirini Moskvaya göndərir
AŞ PA-nın yay sessiyası öncəsi Bakıya təzyiq - Bəyanat
Oliqarxların süni balıq gölləri ləğv edilir - ZƏRURƏT
Sarkisyanın adamlarına qarşı əməliyyat keçirildi
Türkiyənin baş naziri: “Qonşumuz ABŞ deyil, Rusiyadır”
Sərhəddə atışma: Elçin Quliyev hadisə yerinə getdi
Kəmaləddin Heydərovun qəbulunun vaxtı dəyişdi
Şok: Erməni generalın evində dəhşət - Video/18+
“Məni Elmarla dəyişik salırlar, Azərbaycan haqda sual verirlər...”
Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib
DİN ətrafı zibilləyən 206 şəxsi cərimələyib
Kameraya danışdı və intihar etdi - 16 yaşlı qızdan ölümöncəki – VİDEO
Ramil Usubov İsraildə səfərdə olub
Jurnalisti təhqir edən generalın qardaşı üzr istədi
Ərdoğan: Türkiyə 4 milyona yaxın qaçqın qəbul edib
Şengen vizası bahalaşır
Zakir Həsənov: “Artıq ordumuz Laçına gedən yola nəzarət edir”
DÇ-2018: Ən yaşlı oyunçu Misir xalqından üzr istəyib
Cəlladın oğru çıxması: Manvel Qriqoryan kimdir?
Püşk atıldı: “Qarabağ”ın rəqibi bəlli oldu
Müdafiə naziri hərbi hissənin açılışında – FOTOLAR
“Azərbaycan açıq və fəal əməkdaşlıq edir” - Ali komissar
Temperatur yüksəlir - HAVA PROQNOZU
Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir
İmişlidə kütləvi zəhərlənmə - İcra başçısı danışdı
Naxçıvanda Müəllimlər İnstitunun rektoru vəfat edib
Online oyunlardan asılılıq xəstəlik kimi tanındı
«Kürd birləşmələri Mənbici tərk edirlər» – Ərdoğan
Obama siyasətə qayıda bilər
GÜNÜN QOROSKOPU - 19 İYUN
Türkiyə ordusu PKK-nın 9 terrorçusunu zərərsizləşdirib
Youtube-un fəaliyyəti bərpa edilib
"Ərdoğan gecə yarısına qədər..." - “Der Şpigel yazdı
Abşeronda isti, rayonlarda leysan... SABAHA
"Lotu Quli"nin adamları saxlanıldı - Gürcüstanda
ABŞ Bəşər Əsədi vurdu: Onlarla ölü var – Təsdiq
Tverdə saxta araq satan azərbaycanlı tutuldu
Samir Şərifovun oğlu Türkiyədən bahalı it alıb
Ermənistan bir neçə Su-30SM qırıcısı alır?
Hüquqşünas bacısı qızını xilas etdi - özü boğulub öldü
Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..
Türkiyə 40 milyon turist qəbul etməyi planlaşdırır - 2018-ci il üçün
Cəbhə xəttində gərginlik - erməni postu məhv edilib…
Paşinyanın "səngərə səfəri" müharibəyə çağırışdırmı?
Aqrar sektorumuz 9% böyüyüb
Əhalinin banklarda 7.8 milyarddan çox pulu var

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.25920] initstartout [0.00017] initstartin [0.00096] calstart [0.02386] calend [0.00065] topnewsend [0.00424] rsssend [0.00000] ehgend [0.00850] tagsstart [0.00066] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.22012]