Göygölün Bələdiyyə sədri hələ də meydan sulayır!!!

  • 18 sen 2014, 18:15

Bu gün Demokratik.Az-a Göygöl sakini tərəfindən müraciət daxil olub.Müraciətdə Göygöl bələdiyyəsinin sədri Mikayıl Hacıyevin özbaşınalığından bəhs edilir.Rayon sakini Mərdan Quliyev yazır ki,dəfələrlə bələdiyyə sədrinin fəaliyyətində yol verdiyi nöqsanlar,qanun pozuntuları barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadəyə,Gəncə regional Ədliyyə İdarəsinin rəisi Kamandar Həsənova yazılı müraciətlər etsədə heç bir tədbir görülməyib.Əksinə sakin hesab edir ki,bələdiyyə sədri adıçəkilən məmurlar tərəfindən müdafiə olunur.Vətəndaş haqlı olaraq hesab edir ki,əgər belə olmasa idi M.Hacıyevin özbaşınalıqlarının miqyası ildən ilə bir az da böyüməzdi.

Mərdan Quliyev deyir ki,bələdiyyə sədrinin qazancı o dərəcədə artıqdır ki,o vətəndaşlarla davranışında yalnız pul,qazanc haqda düşünür.Etik davranış qaydaları yerində olmayan bələdiyyə sədri sən demə rayonun perspektiv fond torpağını o sürətlə satıb ki,indidən gələcək nəslin ev tikmək imkanları məhdudlaşdırılıb.Müraciətlərin formal olaraq qeydiyyata götürülməsi,növbəlilik sisteminin guya olması isə rüşvət vermək iqtidarında olmayanları aldatmaqdan başqa heç nə deyilmiş.Rayonun prestijli yerlərində torpaqlar mənimsəyən Mikayıl bəyin isə bu növbədə özünün dayanmadığı şübhəsizdir.

"Bələdiyyə torpaqlarının idarə olunması haqqında"qanunun tələblərini pozan bələdiyyə sədrindən torpaq satışından,qəbristanlıqlardan və başqa vergilərdən yığılan pulların hara və necə xərcləndiyini öyrənməyə çalışdığını deyən müraciət müəllifi yığılan pul vəsaitinin də talandığına diqqət çəkir.Sonuncu dəfə isə növbədə olmayan 45 nəfər şəxsin rüşvət hesabına torpaq aldıqlarını bildirir...

Bu cür faktları diqqətə çatdıran sakin sonda bildirir ki,Bələdiyyə sədrinin 10 illik fəaliyyəti Göygöl sakinlərini bezdirib,hər kəsdə bələdiyyə qurumuna qarşı inamsızlıq formalaşıb. 


Demokratik.Az 

 


 

Oxşar xəbərlər