“Səhiyyəyə ayrılan xərcləri artırmaq lazımdır”

  • 22 noy 2017, 13:57

"Təəssüflə qeyd edirəm ki, bizdə ölkəmizdə adambaşına düşən səhiyyə xərcləri son dərəcə aşağıdır. Hətta səhiyyə xərcləri keçənilkindən də azdır”.

Deputat Əhliman Əmiraslanov bu fikirləri büdcə müzakirələrində söylədi. Akademik bildirdi ki, heç olmasa əhalimizin artımını nəzər alıb səhiyyəyə ayrılan xərcləri artırmaq lazımdır: "Əks təqdirdə səhiyyəmiz geriyə gedəcək. Səhiyyə xərclərinin az olması və həkimlərimizin maaşının az olmaası ölkəmizdə müasir avadanlıqla təchiz olunmuş klinikaların effektiv işləməsinə maneçilik törədir”.

Ə.Əmiraslanov uşaqların eşitmə və danışma imkanlarının bərpasına xidmət edən əməliyyatlar üçün də xərclərin nəzərdə tutulmasına çağırış etdi: "Əks təqdirdə bu uşaqlar vaxtında əməliyyat olunmadığı üçün əbədi kar və lal qalacaqlar”.

Deputat onkoloji sahədə şiş əleyhinə preparatların alınması vəsaitlərin ayrılmasını xahiş etdi.

E.Paşasoy, Musavat.com

Oxşar xəbərlər