Qarabağda döyüşmüş Türkiyə millət vəkili Azərbaycanda

  • 13 may 2017, 07:48

Türkiyə millət vəkili Atilla Kaya 1992-93-cü illərdə erməni işğalçılarına qarşı savaşda qurulmuş "Ruzigar" hərbi düşərgəsində olub. Musavat.com xəbər verir ki, Türkiyədən və digər türk ölkələrindən Azərbaycan üçün savaşmağa gələn könüllülər bu kampda toplanır, təlim keçir və düşmənə qarşı planlanan əməliyyatlarda iştirak edirdilər.

Atilla Kaya da Azərbaycan tarixində qalan iki möhtəşəm hərbi əməliyyatın planlayıcılarından və icraçılarından olub. Onlardan biri də 1993-cü ilin 26-aprelində , Xocalı soyqırımının ilk ildönümündə qisas əməliyyatı olaraq, baş verib. Milliyyətçi Hərəkatın əfsanə lideri, mərhum Başbuğ Alparslan Türkeşin təlimatı ilə Azərbaycana gələn türk könüllüləri Elçibəy iqtidarının bəlli görəvliləri tərəfindən Ermənistan sərhəddinə yaxın Kirən kəndində düşərgə salmışdılar. Sonradan "Ruzgar kampı" adlandırılacaq düşərgənin qurulmasına və hər cür təchiz edilməsinə Tovuz rayonunun o zamankı polis rəisi Novruz HƏSƏNLİ məsul idi.



 

Atilla Kaya Tovuz rayonuna dostu, sabiq polis rəisi Novruz HƏSƏNLİNİN anasının yas mərasimində iştirak etmək üçün gəlib. İlk fürsətdə dağlara, əski düşərgənin yerləşdiyi məkana qalxan Atilla Kaya həmin anlarda keçirdiyi hissləri musavat.com -la bölüşüb.

 


Oxşar xəbərlər