Rza Zərrab və Atilla məhkəməsindən

  • 26 apr 2017, 08:50

ABŞ-ın İrana qoyduğu investisiyalara müdaxilə, bank saxtakarlığı və qara pul yuma ittihamları əsasında bir ilə yaxındır ki, həbsdə olan İran əsilli iş adamı Rza Zərrab və Xalq Bankının müdir köməkçisi Mehmet Hakan Atilla hakim qarşısına bir yerdə çıxıb. Aprel ayının 23-də, Türkiyə saatı ilə 17.50-də başlanan prosesə öncə Mehmet Hakan Atilla, ardınca Rza Zərrab bənövşəyi rəngli məhkum geyimində zala gətirilib.


Prosesin əvvəlində prokuror Riçard Berman həm Zərrabdan, həm də Atilladan qulaqcıqlar vasitəsilə tərcüməçini başa düşüb-düşmədiklərini soruşub. Hər iki tərəf də "hə” cavabını verəndən sonra proses başlayıb. Prokuror Berman Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanla gizlicə görüşdükləri ortaya çıxan R.Zərrabın vəkillərindən olan Nyu-Yorkun keçmiş bələdiyyə sədri Rudolf Giuliani və keçmiş ABŞ ədalət naziri Maykl Mukaseyin Atillanın məhkəməsinə qatılıb-qatılmayacaqlarını soruşub. Atillanın vəkili Viktor Rokko bu mövzunun irəliləyən günlərdə dəqiqləşəcəyini, Atilanın da girov qarşılığında azadlığa buraxılması üçün müraciət hazırlığında olduqlarını deyib.


İttiham tərəfi Zərrab haqqındakı ittihamların ABŞ-ın mənafeləri baxımdan "ciddi və təhlükəli” olduğunu, bu vəziyyətin müdafiə tərəfindən kiçildildiyini deyib. Prokurorluq eyni zamanda Zərrabın Türkiyə və İranın yüksək rütbəli yetkililəri ilə əlaqələrinin olduğunu deyib. Prosesin sonunda bir jurnalist müttəhimlərdən Türkiyəyə bir mesajı olub-olmadığını soruşub. M.H.Atilla isə "Mənim bu hadisələrlə bir əlaqəm olmadığını Türkiyənin bilməsini istəyirəm” deyə cavab verib.


Atillanın vəkili isə növbəti məhkəmə prosesi üçün təyin edilən 21 avqust tarixini sənəd və məlumatların toplanması üçün yetərli bir zaman olmadığını iddia edərək, prosesin daha sonrakı bir tarixə təyin edilməsini tələb kimi irəli sürüb.


Türkiyədə MHP-dən kənarlaşdırılan Ümid Özdağ ABŞ-da həbsdə olan 17-25 dekabr araşdırmasının kilid adı olan Rza Zarrabın mühakimə olunduğu məhkəmə və Suriyada IŞİD-in əlində olan Rakkaya qarşı əməliyyata dair iddia edib.


Sosial media hesabı üzərindən açıqlama verən Ümid Özdağ "Zarrabın işinin azaldılması əvəzində Ərdoğan PKK - ABŞ-ın Rakka əməliyyatını və ilhaqını, xülasə PKK-istanı qəbul edəcək” deyə bildirib.

 

Demokratik.Az

Oxşar xəbərlər