FETÖ çevriliş cəhdinin arxasında ABŞ kəşfiyyatı dayanıb - İlkər Başbuğ (Video)

  • 02 avq 2016, 21:21
Türkiyə ordusunun Baş Qərargahının sabiq rəisi İlkər Başbuğ dünən CNN Türk kanalında jurnalist Əhməd Haskanın qonağı olub.

 

 

"Tərəfsiz bölgə” proqramına qoşulan Başbuğ 15 iyun çevrilişini hərbi çevriliş yox, Gülən camaatının silahlı hərəkatı kimi qiymətləndirib. O, çevriliş cəhdinin onurğa sütununun Gülən camaatı olduğu, ancaq ümumilikdə 3 qrup tərəfindən idarə olunduğunu bildirib.


15 iyun çevriliş cəhdinin digər hərbi çevrilişlərə bənzəmədiyini qeyd edən sabiq Baş Qərargah rəisi bu çevrilişin arxasındakı siyasi iradənin ABŞ xarici kəşfiyyat orqanı MKİ olduğunu vurğulayıb. O, deyib ki, MKİ-nin məqsədi FETÖ-dən istifadə edərək Türk Silahlı Qüvvələrini böyük ziyan vurmaq imiş.

Başbuğ TSK-a sızan FETÖ üzvlərinin əvvəlki hərbi çevrilişlərdə olduğu kimi bu çevriliş cəhdini təkbaşına həyata keçirmədiklərini deyərək, silahlı hərəkatın xaricdən idarə olduğunu göstərib.

Türk ordusuna ziyan vermək üçün çevriliş cəhdində alət kimi istifadə olunan Fətullah Gülənin istifadə müddətinin qurtarıb-qurtarmaması ilə bağlı suala Başbuğ belə cavab verib:

"Bilmirəm, onu zaman göstərəcək. ABŞ Güləni verməzsə, demək ki, istifadə etməyə davam edəcək. Verərsə, deməli istifadə müddəti bitmişdir”.

 

Demokratik.Az

Oxşar xəbərlər