Türkiyədə ikinci çevriliş cəhdi olacaq - Daha qanlı

  • 25 sen 2016, 19:05
Türkiyədə ikinci çevriliş cəhdi olacaq. Qaynarinfo.Az xəbər verir ki, bu iddia ilə ehtiyatda olan polkovnik Hasan Atilla Uğur çıxış edib.

"Yeni Şafak" qəzetinə danışan hərbçi ölkəni ikinci çevriliş cəhdinə hazır olmağa çağırıb: "İkinci cəhdə hazır olun. Özü də yaxın zamanda. Çox dəqiq informasiya olaraq deyirəm, bu dəfəki cəhd daha qanlı olacaq. Bu gün həfər sərxoşluğu yaşanır. Mən sizin vasitənizlə Türkiyəyə xəbərdarlıq edirəm. Heç kim "bu iş bitdi, Türkiyə öz həyatını yaşayacaq, Amerika və FETÖ heç nə etməyəcək, PKK başqa bir oyuna getməz, bu təşkilatların belini qırdıq" kimi iddialara düşməsin".

PKK lideri Abdullah Öcalanın İmralıdakı istintaqında iştirak etmiş polkovnik sözlərinə belə davam edib: "Hadisələr böyük ehtimalla Şemdinli, Yüksekova və ya Kızıltepedə başlayacaq. Burda 15-20 nəfər öləcək. Bölgədəki İngiltərə konsulluğunun ziyarət etdiyi tayfalar bu oyuna getsə xalqı küçələrə tökəcəklər. Qərb 4-5 nöqtədə sensassiya yaradacaq böyük partlayışlar törətməklə vəziyyəti olayları alovlandıracaq. Bunu ya PKK, ya da İŞİD edəcək".

Kiprdə məskunlaşan İngiltərə dəniz piyadalarının xaos bəhanəsi ilə Türkiyəyə girəcəyini iddia edən Hasan Atilla Uğur "İkinci cəhdin əsas məqsədi işğaldır. Aldığım məlumaia görə, ingilslər 2,5 aydır Cənub-Şərqdəki bütün tayfa liderlərinin evinə gedərək görüşlər keçirir. Xüsusən Hakkari, Van, Çatak, Silopi, Mardin bölgəsində daha fəal olan tayfa liderləri ilə görüşürlər. Torpaq ağası olan bu liderlərin banklara olan trilyonlarla lirəlik borclarını ödəyiblər. Onların bürün kredit borcları bağlanıb. Bunları İngiltərə edib. Konslosun tayfaların içində nə işi var?".
Oxşar xəbərlər