Demokratik TV
Xəbər lenti
Nazarbayev qəfil xəstələndi, Bakıya gələsi olmadı
- 11 okt 2016, 20:11
Bu gün Qazaxıstan prezidentinin mətbuat xidməti prezident Nursultan Nazarbayevin xəstələndiyi və soyuqdəymə diaqnozu ilə müalicə olunduğu haqda qısa rəsmi açıqlama ilə çıxış edib.
Nazarbayevin harada müalicə olunduğu haqda heç nə deyilmir. Bu məlumatın yayılması Qazaxıstan prezidentinin Bakıya sabah nəzərdə tutulan səfəri ərəfəsində baş verib.
Qazaxıstanlı politoloq Eduard Poletayev "Sputnik Qazaxıstan” agentliyinə bildirib ki, Akorda-nın, yəni prezident sarayının bu məlumatı yayması Nazarbayevin planlaşdırılan səfərinin təxirə düşməsi ilə bağlı şaiyələrin qarşısının alınması məqsədi güdür.
"Hesab edirəm ki, məsələ həll olunacaq. Astanada hava yaxşı deyil, qar yağıb. Başqa məsələdir ki, onun səfərləri planlaşdırılmışdı. Ona görə də mürəkkəb situasiyadır və bunu həll etmək lazımdır. Ancaq fikrimcə səfərlər baş tutacaq. Mən burada dəhşətli bir şey görmürəm, soyuqlamadır”-politoloq deyib.
Poletayev əlavə edib ki, Akorda üçün prezidentin xəstəliyi barədə məlumat yaymaq xarakterik deyildi. "Çoxdandır belə xəbərlər olmurdu, ən azından mənim yadıma gəlmir. Əvvəllər prezidentin məzuniyyətə getdiyi, səfərdə olduğu deyilirdi, ancaq soyuqdəymə barədə olmurdu. Əslində burada politologiyalıq da bir şey yoxdur, prezidentin istənilən xəstəliyi heç də həmişə yaxşı deyil”-politoloq bildirib.
Az əvvəl "İnterfaks-Azərbaycan" xəbər yayıb ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Bakıya planlaşdırılan səfəri təxirə düşüb.
Bu barədə diplomatik mənbə bildirib.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti