Suriya "razborka"sı təxirə salınıb

  • 23 yan 2016, 10:02
Suriya üzrə görüş təxirə salınıb. Yanvarın 25-də Cenevrədə BMT baş katibinin Suriyaüzrə xüsusi elçisi Staffan de Mistura Suriyada münaqişənin tənzimlənmə planından danışacaq. 

 Vətəninfo.az xəbər verir ki, APA-nın  "İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT baş katibinin  nümayəndəsi Fərhan Haq bildirib

 "Staffan de Mistura bazar ertəsi siyasi prosesə dair məlumat verəcək”, deyə F.Haq qeyd edib.

 Qeyd edək ki, yanvarın 25-də Cenevrədə keçirilməsi planlaşdırılan Suriya böhranı üzrə beynəlxalq görüş qeyri-müəyyən müddətə təxirə salınıb.

Oxşar xəbərlər